Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakı ve Ankara erazilerin evezine Ermenistana ne verecek? – QARABAĞ PLANI

23 Ekim 2016

11:36 am


23/10/2016 [15:35]: xeber –
“Azərbaycan və Rusiya yaranmış geosiyasi şəraitdən istifadə edərək, Dağlıq Qarabağ münaqişəsini həll etməyə tələsirlər”. Bu barədə Ermənistanın “1in.am” saytı yazıb.Sayt Ermənistanın düşdüyü siyasi çəmbərə diqqət çəkərək, qeyd edir ki, əgər erməni rəhbərliyi nəsə etməsə, vəziyyət çıxılmaz olacaq.“Bu, sadəcə regional yox, geosiyasi proseslərin təzahürüdür. Suriya ətrafında baş verən geosiyasi oyunlar, həmçinin, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycana fürsətdən istifadə etmək imkanı yaradıb. Bakı bu vaxtdan yararlanamaq üçün hərəkətə keçib. Bu baxımdan, yaxın vaxtlarda Qarabağ ətrafında ciddi hadisələrin olacağı gözləniləndir. Rusiya da öz planlarını həyata keçirmək üçün daha sürətlə hərəkətə keçəcək”, – deyə sayt yazıb.Məqalədə bildirilir ki, Azərbaycanın əli güclüdür: “Bakı diplomatiyada yalqız olarkən, Ermənistan üçün təhlükə yox idi. İndi Azərbaycan tək deyil və Türkiyə ilə yanaşı Rusiyadan da dəstək alır”.Qeyd edək ki, Rusiyanın planlarında işğal olunmuş rayonların qaytarılması və yalnız bundan sonra Qarabağın gələcək taleyinin müzakirə edilməsi var. Türkiyənin də Rusiya qarşısında əvvəlcə ən azı beş rayonun qaytarılması tələbi ilə çıxış etdiyi haqda informasiyalar bu fonda diqqət çəkir.“Lragir” saytı da məhz Türkiyə-Rusiya anlaşmasına diqqət çəkərək Mozkvanın Qafqazda mövqelərini gücləndirmək istədiyini yazıb.“Regionda baş verən bütün proseslər Yaxın Şərqdəki gərginlik fonunda diqqət çəkir. Rusiya Ukrayna və Suriyada hərbi əməliyyatlar aparır. Bununla yanaşı, Rusiya Qafqazda öz mövqelərini gücləndirmək niyyətindədir və bu işdə ona Azərbaycan çox lazımlıdır. Türkiyənin Qarabağ münaqişəsinə töhfə verə biləcəyi ilə bağlı fikirlər də təsadüfən səslənmədi. Türkiyə və Azərbaycan Rusiyanın əli ilə Ermənistanı hansısa plana razı olmağa məcbur edəcək. Hansı ki, bu, ilk növbədə ərazilərin qaytarılmasını nəzərdə tutur”, – deyə erməni saytı qeyd edib.Ermənistan mediası münaqişənin həlli və ərazilərin qaytarılması qarşılığında Türkiyə və Azərbaycanın atacağı addımları da yazıb.1. Türkiyə-Ermənistan sərhədləri açılacaq.2. Ermənistan blokadadan çıxarılacaq və regiondakı layihələrdə iştirak edərək iqtisadi dividentlər əldə edəcək.Xatırladaq ki, erməni politoloq Ara Papyan da bildirmişdi ki, ərazilərin qaytarılması əvəzində müharibəyə son qoyulacaq: “1994-cü ildə Bişkek protokolundan sonra ərazilərin verilməsi məsələsi aktual olub. Əvvəlcə ərazilərin qaytarılması əvəzinə Qarabağa statusun verilməsi nəzərdə tutulurdu. İndi isə ərazilər qaytarılır, əvəzində sadəcə müharibəyə son qoyulur. Bu, təzə xəbər deyil, hansı ki, 1994-cü ildə biz buna razı olduq, Madrid prinsipləri ilə inkişaf etdirdik, indi də əkdiyimizi biçirik. Sülh naminə güzəştlərin sülhə gətirib çıxaracağı çətin görünür, bu, dəhşətli müharibəyə səbəb ola bilər. Bizim seçimimiz pis və çox pisin arasındadır. Pis seçim indiki vəziyyətdir”.Erməni politoloq indiki vəziyyət deyərkən, ərazilərin qaytarılması və müharibənin olmamasını nəzərdə tutur.Onun çox pis dediyi vəziyyət isə ərazilərin qaytarılmayacağı təqüdirdə, gözlənilən böyük müharibədir. Hansı ki, bu Ermənistan üçün yaxşı gələcək vəd etmir.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler