Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakı ve Abşeronda “TRT-1”-in yayımı dayanıb

01 Kasım 2016

3:24 pm


01/11/2016 [19:23]: xeber –
Bakı şəhəri və Abşeron yarımadasında analoq yayım dayandırıldıqdan sonra Türkiyənin “TRT-1” telekanalının yayımı dayanıb.Türkiyənin “TRT-1” telekanalı rəqəmli yayımda fəaliyyət göstərmir.Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov faktı təsdiqləyib. O bildirib ki, hazırda “TRT-1”-in analoq yayımı dayandırılıb. M.Abbasov qeyd edib ki, “TRT-1”-in Azərbaycanda yayımlanması müqavilə üzrə analoq yayımda nəzərdə tutulub:“TRT-1” kanalının rəqəmli yayım üzrə müqaviləsi yoxdur. Müqavilə olduqdan sonra “TRT-1”-in yayımı bərpa oluna bilər. Artıq məsələ ilə bağlı TİKA-ya (Türk Əməkdaşlıq və İnkişaf İdarəsi) məlumat verilib, danışıqlar aparılır”.Qeyd edək ki, “TRT-1” Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır.  Komissiyanın qərarı ilə noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bu gündən Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixindən digər bölgələrdə də analoq TV yayımı dayandırılacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler