Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakı-Tbilisi-Qars demir yolu xettinin xeritesi hazırlanıb

11 Ekim 2016

7:28 am


11/10/2016 [11:26]: xeber –
Tarixi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xəritəsi hazırlanıb..Xəritə Gürcüstan Dəmir Yolları İdarəsinin 144 illiyi münasibəti ilə hazırlanıb.Xəritəni coğrafiyaşünas Giorgi Balaxadze tərtib edib.Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.Məlumdur ki, bu gün daşınma sahəsində mövcud olan ən böyük yük axını Çinlə Avropa arasındadır. Bunun təmin olunması əsasən dəniz daşımaları vasitəsilə həyata keçirilir və bu da vaxt etibarı ilə 25-30 gün təşkil edir. Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildikdən sonra Çindən Avropaya yüklərin çatdırılması 12-15 gün təşkil edəcək və nəticədə dəniz daşımaçılığına nisbətən yüklərin mənzil başına çatdırılması müddəti 2 dəfədən çox azalacaq. Bu bağlantı vasitəsilə yük daşımalarının həcmi 5-ci istismar ilindən sonra 3 milyon ton, 8-ci istismar ilində 6-8 mln. ton, sonrakı dövrlərdə isə 10 mln. ton və daha çox olacağı proqnozlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğu isə 826 km-dir..(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler