Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yenilenir

12 Temmuz 2016

11:36 am


12/07/2016 [15:33]: xeber –
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov sayt-a bildirib ki, hazırda Biləcəri və Xırdalan stansiyalarında platformaların tikintisi və turniketlərin quraşdırılması davam edir.“Biləcəri vağzalında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr  uzunluğunda platformanın beton işləri başa çatıb. Turniketin quraşdırılması davam edir.Xırdalan stansiyasında isə platformanın istinad divarları tikilib. Betonlaşma işi başa çatandan sonra turniketin quraşdırılmasına başlanacaq”, – deyə,N.Əzməmmədov vurğulayıb.N. Əzməmmədov bildirdi ki, bundan əlavə olaraq  Sumqayıtda da sərnişin stansiyasının tikintisi gedir və artıq orada ikinci mərtəbənin tikintisinə başlanılıb. “Orada ikimrətəbəli hər cür şəraiti olan müasir bir sərnişin stansiyası tikiləcək. Birinci mərtəbə əsasən sərnişinlərin gözləmə zalı və kassalar olacaq. İkinci mərtəbədə isə stansiyanın inzibati otaqları  olacaq”, – deyə, o vurğulayıb.Mətbuta katibi onu da əlavə etdi ki,  Bakı sərnişin stansiyasında  yenidənqurma və təmir işlər davam edir: “İyulun 11-də Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-sərnişin stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub və lazımi tapşırıqlarını verib”.N. Əzməmmədov deyib ki, burada da işlər iki mərhələdən hissədən ibarətdir. “Birincisi daxili sərnişinlər üçün nəzərdə tutulan hissədə, ikincisi isə beynəlxalq sərnişindaşıma hissəində aparılan işlərdir. Bundan əlavə olaraq 16 mərtəbəli binada aparılan təmir və bərpa işləridir.Hazırda stansiyada tunellərin və beşinci platformanın tikintisi davam edir”, – deyə o, qeyd edib.N.Əzməmmədov  bildirdi ki, bütün bu işlərin ilin sonuna kimi  başa çatdırılması nəzərdə tutulur: “Artıq bu işlərin başa çatdırılması üçün lazımi maliyyə vəsaiti ayrılıb. Hazırda işlər sürətlə aparılır ki, işlər nəzərdə tutulan vaxtda başa çatdırılsın”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler