Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakı-Şarm el-Şeyx aviareysinin berpa edileceyi vaxt açıqlandı

01 Ağustos 2016

8:40 am


01/08/2016 [12:38]: xeber –
Müvəqqəti olaraq dayandırılan Bakı-Şarm əl-Şeyx aviareysi artıq sentyabr ayında bərpa ediləcək.Avqustun 1-dən bərpa edilməsi nəzərdə tutulan bu istiqamət üzrə uçuşlar iyulun 4-dən sərnişin azlığı səbəbindən dayandırılıb.“Air Cairo” aviaşirkəti (Misir) bu marşrut üzrə reysləri sentyabrın 1-dən etibarən yenidən bərpa edəcək.Qeyd edək ki, bu il Bakıdan Şarm əl-Şeyxə ilk uçuş iyunun 3-də “Silkway Travel” şirkəti tərəfindən təşkil edilib. “Airbus A320” təyyarəsi ilə həftədə bir dəfə olmaqla uçuşları “Air Cairo” aviaşirkəti həyata keçirib. Bu istiqamət üzrə saat 09:30-da Bakıdan havaya qalxan təyyarə, yerli vaxtla saat 11:00-da Şarm əl-Şeyxə çatır, əks istiqamətdə isə saat 03:00-da havaya qalxan təyyarə saat 08:30-da Bakıya enirdi. Bu istiqamət üzrə ikitərəfli biletin qiyməti 300 ABŞ dolları təşkil edir.( Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler