Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakı sakinlerinin yarısı internetden istifade etmir

11 Ağustos 2016

1:48 pm


11/08/2016 [17:47]: xeber –
Şəhər əhalisi arasında sorğu keçirilib.sayt “ACT Azərbaycan”a istinadən iyulun 17-dən 21-dək Bakı şəhərində aparılan sorğunun nəticələrini təqdim edir.İnternetdən istifadə edənlər və məqsədləriRəyi soruşulan respondentlərin 54,4%-i gün ərzində internetdən istifadə etdiyini bildirib. Ən fəal istifadəçilər (77,6%) gənclərdir (18-34 yaş aralığı). 55 və daha çox yaşı olan respondentlərin isə əksəriyyəti, ümumiyyətlə, internetdən istifadə etmir (73,6%).Sorğuda iştirak etmiş respondentlərin 77,3%-i internetdən xəbər oxumaq və yeni məlumatlar əldə etmək üçün istifadə edir. Dost-tanışı ilə ünsiyyət quranlar 52,6% təşkil edir. İnternetdə musiqi dinləyib, film izləyənlər isə 48,3%-dir.Sosial şəbəkə istifadəçiləriSosial şəbəkə istifadəçiləri arasında “Facebook” favoritdir. 28,7% respondent məhz bu sosial mediadan istifadə edir. İsitifadəçilər arasında lider 55 və daha çox yaşı olan respondentlərdir (41,6%). “Instagram” isə ikinci pillədə qərarlaşıb (9,4%).13,2% gənc bu sosial şəbəkədən yararlanır. “Odnoklassnik”də “sinif yoldaşlarını axtaranlar” 2%, “Vkontakte”də ünsiyyət quranlar isə 1,5% təşkil edir. Rəyi soruşulan respondentlərin cəmi 0,8%-i “Twitter” istifadəçisidir.“YouTube” videolarından yararlanan respondentlər sorğuda 2,2% nəticə verib. Orta nəslin nümayəndələri (35-54 yaş aralığı) portaldan daha çox istifadə edirlər (6,5%).“Whatsapp” istifadəçiləri sorğuda daha yüksək nəticə göstəriblər.Rəyi soruşulan respondentlərin 54,4%-i “WhatsApp” tətbiqindən istifadə etdiklərini bildiriblər. Orta nəslin nümayəndələri (35-54 yaş aralığı) “WhatsApp”dan daha çox istifadə edirlər (56%).Rəyi soruşulan qadın respondentlər əsasən “WhatsApp” (71,4%), “Facebook” (52,3%), “Instagram” (40,2%) proqram və sosial şəbəkələrindən istifadə edirlər.Kişilər isə “Facebook” (68,6%), “WhatsApp” (54,3%), “Instagram” (44,3%) istifadə etməyə üstünlük verirlər. Rəyi soruşulan respondentlərin 84%-i evdə internetə çıxışı var. 64,7% respondent isə internetə girmək üçün mobil operatorların təklif etdikləri internet paketlərindən istifadə edirlər.Sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler