Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakı metrosunda niye hava çatışmır? – Resmi açıqlama

20 Ağustos 2016

7:00 pm


20/08/2016 [22:58]: xeber –
Yay aylarında Bakı metrosunda hava çatışmazlığından şikayət edənlərin sayı artıb. Sərnişinlər qeyd edirlər ki, isti havalarda metroda istər platformalarda, istərsə də vaqonlarda nəfəs almaq çətinləşir. Elə bu səbəbdəndir ki, demək olar ki, hər gün metroda kiminsə ürəyi gedir. Metroda kondisionerli qatarların olmasını təqdir edən şikayətçilər ya onların sayının artırılmasını, ya da köhnə qatarlarda da kondisioner sisteminin quraşdırılmasını tələb edirlər.sayt xəbər verir ki, Milli.Az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, son zamanlar sərnişinlərin metroda tənəffüsünü asanlaşdırmaq üçün müəyyən işlər görülüb. Məsələn, yeni, kondisionerli vaqonlar alınıb, havalandırma sistemində yeniliklər edilib. Lakin hamı, o cümlədən Metropoliten rəhbərliyinin özü də bilir ki, bunlar yetərli deyil:“Dünyanın heç bir yerində metronun tam kondisionerləşməsi həyata keçirilmir, çünki mümkün olan şey deyil. Söhbət burada yalnız qatarlarda kondisioner sisteminin quraşdırılmasından gedə bilər. Bilirsiz ki, hazırda metroda yalnız son aldığımız 3 qatarda kondisioner sistemi var. İndi istifadədə olan köhnə Sovet istehsallı qatarlarda isə kondisionerlərin quraşdırılması mümkün deyil. Çünki onlarda kondisionerlərin quraşdırılması nəzərdə tutulmayıb. Amma istifadədə olan qatarların istismar müddəti bitdikcə, xətlərdən çıxarıldıqca yerinə daha müasir, kondisionerlərlə təchiz olunmuş yeni qatarlar alınmasına üstünlük veriləcək”.Platforma və tunellərdə havalandırmanın vəziyyətinə gəlincə, şöbə rəisi qeyd edib ki, bu məsələ də tədricən həllini tapır:“Bəli, bizə köhnə qatarlarda və tunellərdə havasızlıqla bağlı şikayətlər var. Biz bunu inkar etmirik. Amma biz havalandırma sistemini günbəgün yeniləyirik. Həm yeni havalandırma ventilyatorlaı quraşdırılır, həm havada sərnişinlərin həyatına təhlükə törədə bilən hər hansı çirkliliyi, rütubətliyi, hava axınını müəyyən edən cihazlar alınıb. Hətta yay mövsümü girməzdən öncə havalandırma sisteminin yay qrafiki tərtib olunub. Hər şey elə nəzərə alınıb ki, havalandırma sistemi elə işləsin ki, tam faydalı olsun. O da danılmaz faktdır ki, görülən bütün bu işlərin nəticəsində bu il Bakı Metropolitenindəki havalandırma ötən illərə nisbətən daha yaxşıdır. Təbii ki, bu istiqamətdəki işləri bundan sonra davam etdirəcəyik”.N.Paşayev yay aylarında ventilyatorların işləmə prinsipinə də aydınlıq gətirib: “Yayda Bakıda havalar çox isti keçir. Metropolitendə də belə bir təlimat var ki, əgər bayırda havanın temperaturu 35 dərəcəni keçirsə, o zaman bayırdakı isti havanın tunellərə vurulmasına icazə verilmir. Belə olanda sadəcə ventilyatorlar vasitəsilə daxildə havanın dəyişməsi, sirkulyasiyası təmin edilir. Bu gün bu da bir faktdır ki, metroda havanın temperaturu çöldəki temperaturdan çox deyil, əksinə, aşağıdır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler