Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakı Atatürk Litseyinde Bilik Günü qeyd edilib – Fotolar

15 Eylül 2016

1:12 pm


15/09/2016 [17:10]: xeber –
Sentyabrın 15-də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Litseyində yeni tədris ilinin başlanması münasibətilə bayram tədbiri keçirilib.Bakı Atatürk Litseyinin müdiri Ali Devrim şagirdlərin keyfiyyətli təhsil alması üçün məktəbdə hər cür şərait yaradıldığını bildirib. Qeyd edib ki, hər bir şagirdin əsas vəzifəsi xalqa, Vətənə, dövlətə layiqli vətəndaş kimi yetişməkdir ki, bunun da açarı təhsildir. A.Devrim yeni dərs ilində bütün öyrəncilərə uğurlar arzulayıb. Bildirib ki, Türk Dünyasının böyük oğlu, rəhmətlik Turan Yazqanın litsey qarşısında açdığı yolda hər zaman inamla yürüyəcəklər.A.Devrim məlumat verib ki, litseydən son məzun olan 48 şagirdin hər biri yüksək nəticələr göstərərək Azərbaycanın və dünyanın müxtəlif universitetlərinə qəbul olub. Onların arasında 600-dən yüksək bal toplayanlar da var.Elə bu münasibətlə Qurban bayramı günlərində litseyin həyatında ilk dəfə olaraq məzunlarla bayram görüşü keçirilib. Müqəddəs Qurban bayramı litseydən məzun olmuş və bu gün mövqe sahibi olan gənclərlə birlikdə bir süfrə arxasında qeyd edilib. Görüşdə iştirak edən məzunlar qazandıqları uğurda təhsil aldıqları Bakı Atatürk Litseyinin böyük rolu olduğunu bildiriblər.A.Devrim çıxışı zamanı onu da bildirib ki, bu il Atatürk Litseyinin birinci sinfinə 60 uşaq qəbul edilib. Və bu göstəricilirəri gələcək illərdə artırmağı hədəf seçiblər.  Ulu öndər Heydər Əliyevin təhsilə hər zaman önəm verdiyini qeyd edən litsey müdiri ölkədə təhsilin inkişafına yaratdığı hərtərəfli şəraitə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür ünvanlayıb. O, həmçinin, litseyin yerləşdiyi Nəsimi Rayonunun İcra Hakimiyyətinin başçısı Asif Əsgərova təhsilə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler