Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakı aeroportunda tehlükesizlik ne yerdedir? – Fotolar

29 Haziran 2016

11:52 am


29/06/2016 [15:48]: xeber –
Türkiyədə Atatürk aeroportunda ötən gecə baş verən dəhşətli terror hadisəsi hava limanlarında təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. sayt xəbər verir ki, zaman-zaman hava limanları terrorçu kamikadzelərin hədəf nöqtəsi olub.Elə 4 ay əvvəl Avropanın mərkəzi sayılan Brüsselin Zaventem hava limanında da oxşar hadisə baş vermişdi. Həmin olay nəticəsində 11 nəfər ölüb, xeyli sayda adam yaralanmışdı. Dünən Atatürk hava limanındakı partlayışda ölənlərin sayı 36-ya, yaralananların sayı isə 147-yə çatıb.Hava limanlarında törədilən teraktlar ictimaiyyət arasında daha çox səs-küyə və müzakirələrə səbəb olur. Necə olur ki, terrorçular mühafizəçilərin gözündən yayına bilir?Nəzərə alsaq ki, yay fəslidir və insanlar istirahət üçün xarici ölkələrə səfər edirlər. Bu cür qanlı hadisələr isə istər-istəməz sərnişinlərin narahatlığına səbəb olur.Biz də bu məqamda Heydər Əliyev adına hava limanında təhlükəsizlik tədbirləri ilə maraqlandıq.Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, Atatürk hava limanında dünən baş vermiş hadisədən sonra Azərbaycan Hava Yolları daha da gücləndirilmiş iş rejiminə keçib: “ Söhbət təkcə Heydər Əliyev adına hava limanından deyil, Azərbaycanın bütün hava limanlarından gedir. Ümumiyyətlə isə, bu cür hadisələrdən sonra bütün aeroportlar, strateji obyektlər gücləndirilmiş iş rejiminə keçir. Burada qeyri adi- heç nə yoxdur. Sərnişinlər də narahat olmasınlar. Cədvələ uyğun olaraq hava limanı ştat rejimində işləyir. Heç bir ləngimə və problem yoxdur. Ötən gün aeroportda qalan sərnişinlər artıq səhər saatlarında Atatürk hava limanına uçublar. Atatürk hava limanı da öz işini bərpa edib”.Aeroportlarda təhlükəsizlik məsələsi ilə bağlı ekspert İlham İsmayıl da “Qafqazinfo”ya danışıb. O qeyd edib ki, strateji obyektlər içərisində dünyada hava limanından daha çox qorunan obyekt yoxdur: “Çünki hamıya məlumdur ki, təyyarə göydə uçur və terrora məruz qalsa əlçatmaz olur. Bu zaman terrorçuların tələbləri daha çox yerinə yetirilir. Elə ona görə də dünyanın bütün hava limanlarında təhlükəsizlik yüksək səviyyədədir. Amma hələ təyyarənin içinə keçməmişdən qabaq elə hava limanın içinə terrorçular yol tapa bilirlər. İstanbuldan əvvəl Belçikanın Zaventem hava limanında terror olmuşdu. Terrorçular hansısa vasitələrlə hava limanlarına yol tapa bilirlər. Təhlükəsizlik nə qədər yüksək olsa da, hava limanına yol tapmaq mümkün olur. Bir var hava limanına içinə daxil olmaq, bir də var kənardan hərəkət etmək. Kamikadze özünü öldürmək istəyəndə artıq onun üçün xüsusi bir məxfilik qalmır. Bilir ki, özünü də, başqalarını da öldürəcək. Ona görə də hava limanını başdan- ayağa yoxlamadan keçirmək texniki cəhətdən mümkün deyil”.İ. İsmayıl əlavə edib ki, Atatürk hava limanında baş verən terrorun isə səbəblərini araşdırmaq lazımdır: “Niyə məhz Rusiya ilə münasibətlərin yaxşılaşdığı bir anda və yaxud da Türkiyə baş naziri bəyan edəndə ki vurulmuş təyyarəyə görə kompensasiya ödəməyəcəyik dediyi vaxtda hadisə baş verdi. Bunu heç bir kompensasiya ilə əlaqələndirməsək də görünür ki, bu, kimlərinsə Türkiyəyə mesajıdır. Yəni Rusiya ilə barışmaq hələ məsələlərin bitməsi demək deyil. Türkiyə təzyiq altındadır və proseslər davam da edəcək”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler