Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bahar Muradova:” Qarabağ münaqişesinin helli ile bağlı addımlar gözleyirik”

29 Eylül 2016

9:32 am


29/09/2016 [13:29]: xeber –
“Azərbaycanla ATƏT-in uzun illərə söykənən münasibətləri var. Biz bu münasibətlərin ardıcıl və dinamik şəkildə inkişaf etməsində maraqlıyıq”.Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.O qeyd edib ki, Azərbaycan ATƏTdəyərlərinə böyük önəm verən ölkələrdəndir: “Təbii ki, biz ATƏT-dən, onun Parlament Assambleyasından bir təşkilat olaraq ATƏT-in mandatına daxil olan məsələlərin həllində iştirakı ilə yanaşı üzləşdiyimiz əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik. Təsadüfi deyil ki, ATƏT PA-nın hər sessiyasında bu məsələ müzakirə predmeti olur. Nümayəndə heyəti artıq məhdud sayda Makedoniyadakı sessiyada iştirak etmək üçün yola düşüb, orada bu məsələ müzakirə mövzusu olacaq”.Vitse-spiker bildirib ki, aprel hadisələrindən sonra danışıqlarda müəyyən irəliləyişin olacağına inam qısa müddətdə formalaşsa da, ötən dövrdə Ermənistanın qeyri-konstruktiv mövqeyi iştirakçıların diqqətinə çatdırılacaq və Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi üçün parlamentarilərə müraciət ediləcək.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler