Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bağırov Stalinin emrini Süleyman Rüsteme çatdırdı: – “Ermenilere torpaq çatmır…”

30 Ekim 2016

7:32 am


30/10/2016 [11:29]: xeber –
 sayt saytı Azərbaycan Milli-Azadlıq Hərəkatının bayraqdarı olmuş, sovetlərin ən güclü vaxtından üzü bəri tarixi proseslərə şahidlik etmiş, həmçinin bir çox tanınmış insanlarla dostluq etmiş, onların da şahidi olduğu hadisələr haqqında özlərindən məlumat toplamış Yaşar Türk-Azərin indiyədək heç yerdə getməyən, hamı tərəfindən maraqla qarşılanacaq xatirələrini təqdim edir. Budəfəki yazımızda Yaşar Türk-Azərin Azərbaycanın mərhum xalq şairi, ictimai xadim Süleyman Rüstəmdən eşitdiyi bir tarixi fakt haqqında xatirəsini təqdim edirik:“Süleyman Rüstəm danışırdı:- 1948-ci il idi. Bir gün Mircəfər Bağırov məni və bir neçə yazıçını Mərkəzi Komitəyə çağırdı. M.Bağırov bizi ora çağırmağının məqsədini açaraq dedi:- Bir az bundan əvvəl yoldaş Stalin zəng eləmişdi. O, dedi ki, Ermənistana xaricdən çoxlu erməni gəlib və onlar öz ata-baba torpaqlarında yaşamaq istəyirlər. Yer isə çatmır.Mən başa düşdüm ki, artıq hər şey həll olunub, ona görə də cavab verdim ki, biz ordakı azərbaycanlıları qəbul etməyə hazırıq.Ermənistan hökuməti heç kimin nə yaşına, nə cinsinə, nə də təhsilinə baxmadan zorla evlərindən çıxarıb, yük vaqonlarına dolduraraq Bakıya göndərdilər.Biz onları imkanımız dərəcəsində yaxşı qarşılamağa çalışdıq. Görkəmindən çobana oxşayan bir qoca mənə bir stəkan su göstərib dedi:- Şair, mən dağda yaşamışam, dağ bulaqlarından su içmişəm. Bu suyu mən necə içim”Onları Şirvanın, Muğanın düzənlikəlrinə köçürtdülər. Ağır şəraitə davam gətirməyən bu bədbəxtlərin bir çoxu milçək kimi qırılırdı.Yaşar Türk-Azər: “1948-ci ildə, Ermənistan Kommunist Partiyasının 1-ci katibi Arutyunovun, Stalinin xeyir-duası ilə başladığı bu cinayətin nöqtəsini 1988-ci ilin noyabrında onun xələfi Arutyunyan qoydu”.Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler