Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bağırov partiyaya nifret eden akademiki bu cür cezalandırdı – TARİX

21 Ağustos 2016

8:24 pm


22/08/2016 [00:22]: xeber –
1945-ci ildə təsis edilən Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti ilk akademikimiz, cərrah Mirəsədulla Mirqasımov olub. Amma Mirqasımovun prezidentlik fəaliyyəti o qədər də uzun olmayıb. İki ildən sonra, yəni 1947-ci ildə  zamanın xüsusi tələbləri və bu tələblərin qulu olan insanlar onu vəzifəsindən edirlər. sayt bu yazıda akademik Mirqasımovun Azərbaycanın keçmiş rəhbərlərindən biri  Mircəfər  Bağırov tərəfindən necə cəzaya məruz qalması faktını təqdim edəcəkMərhumun oğlu Xalq artisti, rejissor Oqtay Mirqasımov televiziya müsahibələrinin birində atasına olan sayqısızlığı bu cür əsaslandırıb:“O zaman yüksək vəzifələrə çatmaq arzusuyla yaşayanlar  Kommunist Partiyasının üzvü olmağa can atırdılar. Çünki bunsuz məqsədlərinə çatmaları çətin idi. Atam isə öz nüfuzu, savadı sayəsində vəzifələrə yüksəlir, ancaq Kommunist Partiyasına üzv olmurdu. Dostları, yaxınları onu qorumaq üçün məsləhət görürdülər ki, ərizə yazıb partiyaya keçsin. O isə bunu etmirdi. Bir gün Mircəfər Bağırov filarmoniyada keçirilən iclasda Azərbaycan Elmlər Akademiyasının təşkilatçısı və ilk prezidenti Mirəsədulla Mirqasımova deyir:- Bitərəfliyiniz yetər, yoldaş Mirqasımov, Kommunist Partiyasına üzv olmalısınız.- Bu, mümkün deyil, yoldaş Bağırov.- Bu nə sözdür?- Mən bir dəfə and içmişəm, o da Hippokrat andı. Həm də mən Allaha inanıram.Salondakılar birinci katiblə alimin arasında gedən bu söhbətdən təşvişə düşüblər. Atam müdrik insan idi. Bu söhbətin onun üçün necə nəticələr verə biləcəyini söz yox ki, götür-qoy etmişdi. Mircəfər Bağırova o qədər adamın yanında kəskin şəkildə “yox” dediyinə görə azadlığına, bəlkə də həyatına “əlvida” deyə bilərdi. Sadəcə, öz prinsiplərindən, qürurundan əl çəkmək, güzəştə getmək ona yad idi. Bunu Bağırov da yaxşı bilirdi.O, birinci katibin reaksiyasını çox gözləməli olmayıb. İclasdan çıxıb piyada işə gəlməsi on dəqiqə çəkib. İçəri girəndə görüb ki, nə katibəsi, nə də köməkçisi yerindədir. Kabineti isə möhürlənib. Kommunist Partiyasının üzvü olmaqdan imtina edən Mirəsədulla Mirqasımov akademiyanın prezidenti vəzifəsindən azad olunub”.Mərhum akademik İsmayıl İbrahimov bu sətirlərin müəllifinə verdiyi müsahibəsində Mirəsədulla Mirqasımov haqqında ürəkdolusu danışıb. Onun danışdığı xatirənin də qəhrəmanları Bağırov və Mirqasımovdur:“1945-ci il aprel ayının 23-ü idi. Müharibənin qurtarmasına az qalmışdı. Mən o zaman batalyon komandiri kimi telefonun yanında idim. Birinci katib Mircəfər Bağırov, icraiyyə komitəsinin rəhbəri Mirqasımov və Nazirlər Sovetinin sədri Teymur Quliyevin adından teleqram aldıq. Orada bildirilirdi ki, Azərbaycanda sovet quruculuğunun 25 illiyinin tamam olması münasibətilə sizi və nümayəndə heyətinizi bura dəvət edirik. O zaman biz Azərbaycan diviziyasında döyüşdüyümüz üçün teleqram yalnız bizə göndərilmişdi. Teleqramı diviziya komandirinə çatdırdılar. Ona verdikdən bir neçə dəqiqə sonra məni çağırıb dedi ki, siz 4 azərbaycanlı əsgər götürüb zabit kimi Azərbaycanın 25 illiyinə gedin. Aprelin 28-i bu təqvim qeyd olunurdu. Mən də 4 azərbaycanlı əsgəri götürüb Bakıya gəldim. Bizi çox yaxşı qəbul etdilər. Necə oldusa, bizi Azərbaycanda cəmi bir ay idi yaranan Elmlər Akademiyasına apardılar. Akademiya 1945-in martında yaranıb. Akademiya prezidenti o vaxt Mirəsədulla Mirqasımov idi. Çox gözəl söhbətimiz alındı. Müharibədən danışdıq. Deməli, mən hələ müharibədə olan zaman akademiya prezidenti ilə görüşdüm. Onunla söhbət çox gözəl təsir bağışladı. Söhbət zamanı baş verən bir hadisə heç yadımdan çıxmır. Telefona zəng gəldi, Mirəsədulla dəstəyi qaldırdı, kiminlə danışdığı məlum deyildi. Mirəsədulla üç dəfə təkrarladı ki, “mən bu qanunsuzluğu edə bilmərəm”. Telefondakı adam yenə nəsə dedi. O bir də dedi ki, “mən qanunu poza bilmərəm”. Axırda Mirqasımov telefondakı adamın adını çəkdi: “Yoldaş Bağırov, mən bu qanunsuzluğu edə bilmərəm!”, – deyib telefonun dəstəyini yerə qoydu. Sən demə, Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovla danışırmış və ard-arda bir neçə dəfə “mən bu qanunsuzluğu edə bilmərəm”i də ona deyirmiş. Doğrudur, biz bilmədik ki, onlar konkret hansı qanunsuzluqdan danışırdılar. Amma Bağırova o cür etirazı məndə Mirəsədulla Mirqasımova böyük hörmət yaratdı”. Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler