Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bağça müdirlerinin tehsili haqda – Resmi açıqlama

22 Ekim 2016

3:16 pm


22/10/2016 [19:14]: xeber –
2016-ci ilin əvvəlinə olan məlumata görə, ölkə ərazisində 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 66-ı qeyri-dövlət məktəbəqədər təhsil müəssisələri, 1656-ı isə dövlət məktəbəqədər təhsil müəssisələridir.sayt xəbər verir ki, bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrindəki uşaqların ümumi sayı 117239 nəfərdir ki, bunun 114842 nəfəri (onlardan 53178 nəfəri qız) dövlət bağçalarında, 2397 nəfəri (onlardan 1109 nəfəri qızlar) özəl bağçalarda oxuyur.Özəl bağçalarda uşaqların 21 nəfəri, körpələr evləri-uşaq bağçaları, 42 nəfəri, uşaq bağçaları, 2 nəfəri, məktəb-uşaq bağçaları 1 nəfəri xüsusi məktəb-uşaq bağçalarında təhsil alır.Dövlət bağçalarında işləyən 15 331 pedoqoji işçinin 31,6 faizi ali, 0,3 faizi natamam ali, 61 faizi orta ixtisas, 7,1 faizi isə tam orta təhsillidir. 1656 dövlət bağça müdirlərinin 66 faizi ali, 0,3 faizi natamam ali, 31,9 faizi orta ixtisas, 1,8 faizi tam orta təhsillidir.Özəl bağçalardakı müdirlərin 98,4 faizi ali, 1,6 faizi orta ixtisas təhsillidir. Ötən il dövlət və özəl bağçalarda olan uaşqlardan 38221 nəfəri xəstənib ki, bunun 37539 nəfəri dövlət bağçalarında, 682 nəfəri isə özəl bağçalarda olanlardır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler