Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Badamdarda “Sirat” körpüsü

22 Ağustos 2016

12:48 pm


22/08/2016 [16:46]: xeber –
Xəbər verdiyimiz kimi, Badamdar  qəsəbəsində  kanalizasiya xətti çəkilməsi ilə əlaqədar olaraq Badamdar şossesində qazıntı işləri aparılır. sayta məlumat verən sakinlərin sözlərinə görə, qazıntı işləri aparan qurum yolun 3-4 metr dərinlikdə qazılmış hissəsində kiçik keçidlər ataraq insanların bir yerdən digərinə keçməsi üçün şərait yaradıb. Amma bu “keçidlər” vətəndaşları narahat edir. Çünki körpü funksiyasını daşıyan bu ensiz keçidlər çox təhlükəlidir. Belə ki, ərazidən tez-tez keçən uşaqlar, axşam vaxtı hətta böyüklər belə buradan yıxılıb, xəsarət ala bilərlər.  Sakinlər, bu ensiz keçidləri, hətta “Sirat” körpüsü belə adlandırır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler