Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Badamdar sakinlerinden Sebail İcra hakimiyyeti haqqında ŞİKAYƏT…

22 Eylül 2016

6:56 pm


22/09/2016 [22:55]: xeber –
Badamdar qəsəbəsində yerləşən Göyüş Qarayev, 3 binasının sakinləri Moderator az – a şikayət məktubu ünvanlayıblar. Sakinlərin bildirdiyinə görə, binanın zirzəmisində onların istəyinə zidd olaraq qazıntı və söküntü işləri aparılır. Sakinlərin bildirdiyinə görə tanımadıqları şəxslər binanın zirzəmisini obyektə çevirmək məqsədi ilə söküntü-qazıntı işləri həyata keçirir. Hətta onlar binanın divarını dağıdaraq obyekt üçün qapı belə düzəldiblər. Sakinlərin sözlərinə görə binanın zirzəmisində işləyən şəxslər orada olan arakəsmələri belə sökürlər. Bu da binanın dayanıqlığına ciddi problem yaradacaq. Sakinlərin verdiyi məlumata görə binadakı bu qanunsuz işlər Səbail Rayonu İcra Hakimiyyətinin razılığı ilə həyata keçirilir.  Belə ki,  zirzəmidə işləyən şəxslər sakinlərə bildiriblər ki, onlar bu işi özbaşına etmirlər, bunun üçün Səbail Rayonu İcra Hakimiyyətinin razılığını alıblar…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler