Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bacisinin basini kesen qiz azad edilib? – Resmi

01 Aralık 2016

11:20 am

– xeber –
12:31
Pərvanə Nuriyeva hazırda bizim xəstəxanada məcburi müalicəsini davam etdirir.
Bu barədə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasından Axar.az-a daxil olan məlumatda bildirilir. Xəstəxanadan o da qeyd edilib ki, P.Nuriyevanın evə buraxılması barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Qeyd edək ki, P.Nuriyeva 2014-cü ilin oktyabrında paytaxtın Xudu Məmmədov küçəsi 18 ünvanında kirayə yaşadıqları mənzildə 20 yaşlı bacısı Günel Nuriyevanın boğazını kəsərək öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarılıb və o, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Ölkə.az isə bu gün P.Nuriyevanın azadlığa buraxılması barədə xəbər yayıb. İddia olunur ki, Şəkinin imkanlı şəxslərindən hesab edilən Etibar Nuriyevin evi ciddi şəkildə qorunur, evə ailənin yaxın adamlarından savayı kimsə buraxılmır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler