Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bacı – qardaş kimi böyüdük, amma valideynlerimiz zorla bizi nişanladılar”

28 Temmuz 2016

9:56 am


28/07/2016 [13:53]: xeber –
Dostlar, mənə ünvanlanan müraciətlərdən biri ilə tanış olmanızı istəyirəm.“O mənim qardaşımdır, biz bacı – qardaş kimi böyüdük. Evlənməmizin mümkün olmadığın desək də valideynlərimiz bizə əhəmiyyət vermədı. Zorla bizi nişanladılar. Bundan sonra bütün imkanların tükəndiyini gördüm və başqa regiondan olan və mənə uzun müddət ürəyini açan və evlilik təklif edən o qədər də ürəyimcə olmayan, yaxşı tanımadığım oğlana qoşularaq qaçdım və ölkəni tərk etdik. İndi də polislər mənim indiki həyat yoldaşımı adam oğurluğu ilə tutmaq üçün axtarışa başlayıblar. Həm də bunu, məni məcburi ərə verməyə çalışan, mənə münasibətdə zorakılıq edən, yaxşı araşdıran olsa bəlkə də cinayət etməsi təsdiq olunan valideynlərimin ərizəsi əsasında edirlər”. Fikrimcə bi kimi ailə zorakılıgı halları və köhnəlmiş adətlər olmasa qız daha ürəyincə olan gənci seçər və onunla normal qaydada nikaha daxil olar, işini itirməz, yaxınlarından aralı düşməzdi. Eyni zamanda hesab edirəm ki, belə gənclərin və ya uşaqların ərizə ilə birbaşa polisə müraciət etmələri daha yaxşı olar.Əlövsət Əliyev, mühacirətdə olan tanınmış hüquq müdafiəçisi




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler