Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baba dağda itkin düşen qızın rastlaşdığı – MÖCÜZƏ

17 Ekim 2016

2:00 pm


17/10/2016 [17:58]: xeber –
«Allah dostlarının bir qismi həzrət Adəm xislətli, bir qismi həzrət İbrahim, həzrət Musa, həzrət İsa xislətli; bir qismi də Məhəmməd (s.ə.s) məşrəblidir. Bunlardan bir qismi irfan əhli, bir qismi məhəbbət və könül əhli, bir qismi tövhid əhli; bir qismi də məchuldur. Yəni təvazökarlıq və gizliliklər içindədir…» (Mövlanə Cəlaləddin Rumi) Həzrət Baba ziyarətgahı Quba rayonunun İsmayıllı ilə sərhəddində, Şah dağın zirvəsində, dəniz səviyyəsindən 3626 metr yüksəklikdə yerləşir. Bura həm Qubadan, həm də İsmayıllıdan keçməklə getmək mümkündür. Həzrət babanın yaşadığı tarix məlum deyildir. Məlum olan odur ki, övliyaların qütbü (qütb-ül övliya) sayılır. Azərbaycanda yaşamış bir çox məşhur övliyalar – Şıx Eyyub Baba (1730-1797), Mövlanə Hacı İsmayıl Kürdəmirli (1782-1848), Ərəş mahalından Şeyx Yusif Əfəndi (XIX əsr), Qaracallı Hacı Abdu əfəndi (XIX əsr) və digər kəramətləri ilə məşhur olan Allah dostları Həzrət babanı özlərinə mürşid sanmış, ondan mənəvi feyz (ilham) almışlar.  Elə bu ilhamla da uca məqamlara yüksəlmişlər. Onlar öz sağlıqlarında ilin istənilən fəslində Həzrət Babanı ziyarət etmişlər. Və bu yolu davam etdirməyi öz müridlərinə və sevənlərinə vəsiyyət etmişlər. Bu vəsiyyətlərə əməl edən möminlər neçə əsrlərdir ki, Həzrət Babanın nurundan və xeyir duasından bəhrələnmək üçün bu çətin yolu qət edirlər. Gəmilər dənizdə azmamaq üçün mayaka baxdıqları kimi, insanlar da həyat dənizində yollarını azmamaq üçün Həzrət babanın əbədi nurundan, işığından faydalanırlar. Həzrət babanın xeyir-duasına və nuruna möhtac olan qullardan biri olduğumdan, bu işığa doğru yola çıxdım. Xoşbəxtlikdən əziyyətim hədər getmədi – Həzrət babadan aldığım ilhamla bir neçə kitab yazdım və onun kəramətiylə çap etdirdim. Ziyarətgahda olarkən bir çox maraqlı və heyrətamiz hadisələrin şahidi oldum. Onlardan bəzilərini moderator.az saytının oxucularına təqdim edirəm. Qurup halında Baba dağın ətəyində düşərgə salmışdıq. Uzaq yol gəldiyimizdən gecəni gəldiyimiz avtobusda yatıb, səhər ziyarət üçün dağın başına qalxmalıydıq. Gecə səs-küyə oyandım. Avtobusdan düşüb, orada düşərgə salmış başqa quruplardan nə baş verdiyini soruşdum. Məlum oldu ki, Göyçaydan gələn qurupun bir neçə üzvü dağda itkin düşüblər. Orada itkin düşməyin (özəlliklə də gecə vaxtı) nə demək olduğunu ziyarətdə olmuş adamlar yaxşı bilirlər – sağ qalmaq ehtimalı sıfıra bərabər olur. Bu adamlardan artıq bir sutqa idi ki, xəbər yox idi. Qurupun digər üzvləri (kişilər) yerli adamlardan bələdçilər götürüb güman gələn yerlərə baxıb, əliboş qayıtmışdılar. Onların itkin düşməsindən bir gün və bir gecə keçdiyindən, artıq əllərini üzmüşdülər. Geri qayıda da bilmirdilər. Artıq səhər açılmaq üzrə idi, bəziləri ağlayır, bəziləri də tonqalın ətrafında ümidsiz halda başlarını aşağı salıb oturmuşdular. Bu vaxt yaxınlıqdakı qayanın üstündən qadın səsi eşidildi. İtgin düşən qadınlardan biri idi, düşərgədəki qurup yoldaşlarını səsləyirdi. Kişilər bələdçilərlə birgə dərhal səs gələn tərəfə yüyürdülər. Təxminən iki-üç saatdan sonra yanlarında bir qız geri qayıtdılar. Bu itgin düşən təxminən 6-7 nəfərdən biri idi və sağ qalan yeganə zəvvar idi. Başlarına gələnləri həyəcanla yoldaşlarına danışırdı. Məlum oldu ki, ziyarət edəndən sonra camaatın gəldiyi ənənəvi yolla deyil, kiminsə təklifi ilə başqa bir kəsə yolla qayıtmaq istəyiblər. Beləliklə, qurupdan ayrılan 6-7 nəfər dağın başında yolu azıblar. Üstəlik də gecəyə düşdüklərindən və susuzluqdan heydən düşüb, hərəsi bir tərəfdə çöküb qalıblar. Qız söhbət edir ki, axıra iki nəfər qaldıq – mən və başqa bir qadın. Bir cığırı tutub,  təxminən irəliləyirdik. Heydən düşdüyümüzdən oturub bir qədər dincimizi almaq qərarına gəldik. Nəhayət, mən dedim durub gedək, qadın etiraz etdi ki, getməyə artıq taqəti qalmayıb, elə burdaca yatacaq, nə olar-olar. Burada yatmaqla vəhşilərə yem ola biləcəyimizi dərk etdiyimdən mən dayanmadım və tək-tənha cığırla getməyə başladım. Nəhayət, məndə də taqət qalmadı və o biri yoldaşlar kimi, mən də bir daşın dibinə çöküb, “nə olar-olar” deyib, gözlərimi yumdum. Bir qədər yatdıqdan sonra səsə oyandım. Gördüm başımın üstündə ağ paltarlı, ağ əmmaməli, nurani bir kişi dayanıb. Məni oyadıb, qalxmağımı və onun ardınca gəlməyimi əmr etdi. Nəhayət, gəlib düşərgə səmtində bir qayanın üstündə dayandıq. Buradan belə yol yox idi. Nurani kişi dedi burada otur, yoldaşların gəlib səni tapacaqlar və özü yox oldu. Orada oturub, səhərin açılmağını gözlədim. Hava işıqlaşanda  aşağı baxdım, və maşınları, adamları  gördüm. Çağırmağa başladım. Yoldaşlarım gəlib qayanın aşağısına çatdılar.  Ancaq, qaya sıldırım olduğundan yuxarı çıxa bilmirdilər. Nəhayət, bələdçilərdən biri yuxarı çıxa bildi və kəndirlə məni aşağı salladı. Şükür ki, salamat gəlib bura çıxdım. Mən həmin qızdan soruşdum ki, bəs nurani kişi səni orada qoyub gedəndən sonra tək qaldığın vaxtda, səhər açılana qədər qorxmadınmı? Qız cavab verdi ki, o gedəndən sonra başqa bir möcüzə baş verdi. Mən sanki şəhərin ortasında oturmuşdum, hər tərəfdə işıqlar yanırdı və adamlar o tərəf-bu tərəfə hərəkət edirdilər. Amma, mən onlarla təmas yarada, danışa bilmirdim, sanki başqa bir aləmə düşmüşdüm. Beləcə, onlara tamaşa etdim və qorxum-ürküm olmadı…Düşərgədəki tonqalın ətrafında ziyarətçilərin  danışdığı söhbətlərdən mənə təsir edən və  unuda bilmədiyim başqa bir əhvalat həkim xanımın danışdıqları oldu. Həmin xanım ziyarətə gəlməsinin səbəbini belə izah edirdi: “Kiçik qardaşımı mən evləndirmişəm, 5-6 ildir ailə qursalar da övladları olmurdu. Qardaşım ayrılmaq istəyirdi, qoymurdum ki, arada mən varam, qızın ailəsi mənə yaxın ailədir, evliliyə  mən zamin durmuşam. Nə isə… iki ailənin arasında çıxılmaz vəziyyətdə qalmışdım. Keçən il üz tutdum Həzrət baba ziyarətgahına. Burada dua edib, düşdüyüm çətin vəziyyətdən çıxmaq üçün Allahdan Həzrət baba xatirinə bu ailəyə bir övlad istədim. Şükür Allaha duam qəbul olundu. Bu yaxında qardaşımın ailəsində övlad dünyaya gəldi, bununla da söz-söhbətə son qoyuldu. Mən də əhdimə əməl edib, qurban kəsməyə gedirəm”. Elə biz də bu inam və danışılan hadisələrdən aldığımız xoş təəssüratla səhər saatlarında Babadağın zirvəsinə üz tutduq. Ziyarətgahda olarkən, Həzrət babaya xitabən, arzularımı və ümidlərimi ifadə edən bir şeir də yazdım. Yeri gəlmişkən, həmin şeiri dəyərli oxucularımın diqqətinə çatdırıram AY BABACəmi müsəlman adınıMüqəddəs tutur ay baba.Sənin mübarək ruhunGöylərdə uçur ay Baba.Bu dünyanın sərt çağındaQaldıq düşmən qabağında.Qoyma kafir ayağında,Bizə arxa dur ay Baba.Allahsızlar haqqı danır,Şeytanı da Allah sanır.Haqqın özü də tapdanır,Nə yatmısan, dur, ay Baba.Zülm edir zalım şahımız,Göylərə çatmır ahımız.Yəqin çoxdur günahımız,Tərəzini qur ay Baba.Qarışıbdır quruyla yaş,Naxələflər kəsirlər baş.Bizə zamin olaydın kaş,Çalınanda SUR, ay Baba.Paşa Yaqub – tədqiqatçı-yazıçımüəllifin arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler