Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

BAAU-nun temsilçileri İtaliyada konfrasda iştirak edibler- FOTO

05 Ekim 2016

3:16 pm


05/10/2016 [19:15]: xeber –
Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov və universitetin dosenti Mütəllim Rəhimov Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən “Tempus” proqramı çərçivəsində İtaliyanın Genuya Universitetində üçüncü nəslin təhsilinə həsr edilmiş elmi-nəzəri və praktik tədbirlərdə iştirak ediblər. BAAU-nun təmsilçiləri əvvəlcə üçüncü nəslin təhsilinin bütün detallarını özündə əks etdirən Konsepsiyanı təqdim ediblər. Konsepsiyada üçüncü nəsl anlayışının məzmun-mahiyyətinin izahından başlayaraq, bu insanların təhsilə cəlb edilməsi yolları, bunun sosial, iqtisadi, psixoloji əhəmiyyəti, tədris qrafiki, tədrisin təşkili və s. məsələlər kifayət qədər geniş açıqlanıb.  Daha sonra Səyavuş Qasımov və Mütəllim Rəhimov üçüncü nəslin təhsilinə həsr edilən elmi-praktik konfransda iştirak ediblər. Nümayəndə heyətimiz burada “Üçüncü nəslin təhsili insanı cəmiyyət üçün lazımlı şəxsə çevirir” məqaləsi ilə çıxış ediblər. Məqalə poster şəklində də tərtib edilərək tədbir üçün ayırılmış xüsusi yerdə asılaraq iştirakçıların diqqətinə çatdırılıb. Konfransda İtaliya, Portuqaliya, Slovakiya, Ukrayna, Rusiya, Polşa və s. ölkələrin alimləri öz tədqiqatlarını təqdim ediblər. Onu da qeyd edək ki, Konfransda uğurlu iştiraklarına görə təmsilçilərimizə sertifikatlar verilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler