Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azyaşlıyla pul qarşılığında cinsi elaqeye giren kişiye qeribe ceza

26 Eylül 2016

7:00 am


26/09/2016 [10:58]: xeber –
 sayt xəbər verir ki, İtalyanın paytaxtı Romada məhkəmə 15 yaşlı qızla pul qarşılığında cinsi əlaqəyə girən 35 yaşlı kişiyə qəribə cəza verilib. Azyaşlı qızın pul qarşılığında cinsi əlaqəyə məcbur edilməsi ilə bağlı məhkəmədə hakim müttəhimə 2 il həbs cəzası ilə yanaşı, qız üçün “feminist” mövzulu kitablar və film diskləri almaq cəzası verib.Hakim Paola Di Nicola adı açıqlanmayan 35 yaşlı kişini 2 il həbsə məhkum etməklə yanaşı azyaşlıların getdiyi təhsilmüəssisələrinə yaxınlaşmasını qadağan edib. Həmçinin cinsi əlaqəyə girdiyi azyaşlıya pul təzminatı yerinə kitab və fil verməsini hökm edib. Hakim zərərçəkmişin 20 min avro təzminat tələbini rədd edərək, onun yerinə qadın şəxsiyyətinin və feminist düşüncə tarixinin əhəmiyyətli əsərlərindən ibarət 30 kitab və 2 filmdən ibarət bir siyahı hazırlayıb. Siyahıda Virginia Woolf, Emily Dickinson, Hanna Arendt, Anna Frank, Natalia Ginzburg, Oriana Fallaci kimi yazarların kitabları ilə yanaşı “Diren” (Suffragette) filmi də var.Hakim 15 yaşlı qızın bu əsərlər sayəsində etdiyi işin qadınlıq şərəfinə verdiyi zərəri anlayacağını düşünüb. Ancaq  siyahıdakı kitabların müəlliflərindən biri Adriana Cavarero bu kitabları azyaşlı qıza vermək yerinə, işlədiyi cinayətin fərqində olması üçün müttəhimin oxuması gərəkdiyini söyləyib.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler