Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

AzTV-nin Kiyevdeki emekdaşını oğurlamaq isteyibler –

03 Ekim 2016

2:24 pm


03/10/2016 [18:20]: xeber –
sayt xəbər verir ki, Ukraynada yaşayan Azərbaycanlılar böyük qorxu içindədir. Səbəb isə oradakı soydaşlarımıza qarşı törədilən adam oğurluğu faktının intensivləşməsidir. Bununla bağlı sayt-da ötən gün AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarının oğurlanması barədə analitik yazı yayımlanmışdı. Mövsüm Aslanovun oğurlanmış qohumları azad olunduqdan sonra hadisənin təfərrüatları məlum olub.sayta Kiyevdəki mənbədən verilən məlumata görə, həmin şəxslər əslində M.Aslanovun özünü oğurlamaq istəyirlərmiş. Bir neçə cəhddən sonra onun özünü oğurlamaq mümkün olmadığı üçün, sonda onun qohumlaırını-şəriklərini oğurlayıblar.  Bu hadisədən sonra M.Aslanov diaspor təşkilatlarındakı dostları vasitəsi ilə oradakı azərbaycanlılardan dəstək istəyib, Azərbaycan mətbuatındakı dostlarının iştirakı ilə bu faktları qabardıb. Daha sonra Ukrayna Daxili İşlər Nazirliyi qarşısında aksiya təşkil olunub. Aksiya iştirakçıları Ukrayna hökumətindən Azərbaycanlılara qarşı törədilən bu halların aradan qaldırılmasını tələb ediblər. Keçirilmiş aksiyadan sonra M.Aslanovun qohumları girovluqdan azad olunub. Qeyd edək ki, Möhsüm Aslanovun qohumlarının oğurlanmasından sonra  Ukraynadakı azərbaycanlılara qarşı törədilən oğurluq məsələsi qabardılıb. Xatırladaq ki, Ukraynada bir müddət əvvəl əslən azərbaycanlı iş adamı, 46 yaşlı Sakit Hacıyev də oğurlanmışdı. Məsələ qabardılandan sonra 39 yaşlı iş adamı Elvar İskəndərovla bərabər Sakit Hacıyevi də sərbəst buraxıblar.  E. İskəndərov və S.Hacıyev hər ikisi AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarıdır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler