Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

AzMİU-da yüksek göstericiler “İnşaat mühendisliyi”ixtisasının payına düşüb

09 Eylül 2016

8:40 am


09/09/2016 [12:39]: xeber –
Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanan tələbələr arasında AzMİU-nu seçənlərin sayı 1445 nəfər olub. 2016/2017-cı tədris ili üçün Universitetə 23 ixtisas üzrə 1445 abituriyent qəbul olaraq tələbə adını qazanıb. Onlardan 488 nəfəri dövlət sifarişi, 957 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Qəbul planının yerinə yetirilməsi təkcə sayda deyil, eyni zamanda keyfiyyətdə də özünü göstərir. Belə ki, qəbul olunanlar arasında ən yüksək nəticə göstərən Cəmil Mustafazadə 685 balla “Memarlıq” ixtisasını seçib.Yüksək göstəricilər AzMİU-nun “İnşaat mühəndisliyi” ixtisasının (ingilis bölməsi) payına düşür ki, orada orta keçid balı 516 bal olmaqla Universitet üzrə orta keçid balından çox yüksəkdir. Nəticələrə əsasən demək olar ki, məhz bu ixtisasa maraq hər il olduğu kimi bu il də yüksək olub. Onu da qeyd edək ki, bu il bir neçə ixtisasın (İnşaat mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi və İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ) qəbul qaydalarında minimal keçid balı 250 bal müəyyənləşib ki, bu da həmin ixtisaslara daha savadlı abituriyentlərin qəbul olunması deməkdir. Eyni zamanda digər ixtisaslarda da 500-dən yüksək bal toplayaraq tələbə adını qazanan abituriyetlər çoxluq təşkil edir.Bütün bunlar bir daha təsdiqləyir ki, Universitetdə bütün ixtisaslara daha savadlı, bacarıqlı abituriyentlər qəbul olunublar. AzMİU-nun magistratura pilləsində də qəbul göstəriciləri yüksək olan bakalavrlar magistr adını qazanıblar. Magistraturaya qəbul olunan 160 bakalavrdan 114-ü dövlət hesabına, 46 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar.AzMİU-nun mətbuat xidməti


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler