Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azersu”ASC mehkemeye verile biler – Vetendaşlara deyen ziyana göre

19 Ekim 2016

3:56 pm


19/10/2016 [19:55]: xeber –
Son iki gün ərzində yağan yağışın istər paytaxt, istərsə də bölgələrdə
ciddi fəsadlara yol açdığı, su-kanalizasiya sistemindəki bir çox çatışmazlıqları
ortaya qoyduğu hər kəsə bəllidir. Bu da bəllidir ki, yağış və kanalizasiya
sualarının evlərinə axması nəticəsində bir çox ailəyə ciddi maddi ziyan dəyib
ki, bu ziyanın kompensasiya edilib-edilməyəcəyi sual altındadır. Maraqlıdır,
yağış və kanalizasiya sularından ziyan görən vətəndaşların məhkəmələrə müraciət
edərək onlara dəyən maddi ziyana görə “Azərsu” ASC-yə yönəlik iddia ortaya
qoyması, bu qurumdan onlara dəyən ziyanı kompensasiya etməyi tələb etməsi
mümkündürmü?sayt-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov hesab edir
ki, bu problemin həlli vətəndaşın öz iddiasını sübut edib-edə bilməyəcəyi ilə
bağlıdır:“Əgər məhkəmədə sübut edə bilsələr ki, “Azərsu” ASC-nin öz işinin öhdəsindən
lazımınca gəlməməsi nəticəsində onlara ziyan dəyib, o zaman ziyanvurmadan törənən
öhdəliklərə görə, Azərsu ASC-yə qarşı iddia qaldıra bilərlər. Yəni iddiaçı öz
iddia tələbini sübut edə bilsə, dəymiş ziyanı “Azərsu” ASC və ya bu sahəyə
cavabdeh olan digər bir təşkilatdan tələb edə bilər. Əgər məhkəmə zamanmı sübut
olunsa ki, bütün bu ziyanlar “Azərsu”ASC-nin səlahiyyətinə aid olan vəzifələri
icra etməməsi sayəsində baş verib, o zaman məhkəmələr bu iddianın təmin  edilməsi ilə bağlı qərar çıxarda bilərlər.
Normalda məhkəmələrin məsələyə yanaşma tərzi belə olmalıdır. Lakin Azərbaycan
reallığında məhkəmələrin bu məsələyə necə baxacağını proqnozlaşdırmaq mümkün
deyil”. 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler