Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azersu” “The Daily Mail” neşrine cavab verdi: ”Əhali krantdan gelen suyu içir”

13 Temmuz 2016

11:52 am


13/07/2016 [15:51]: xeber –
“Böyük Britaniyanın “The Daily Mail” nəşrinin “Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir” xəbərinə cavab olaraq bildiririk ki, ilk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır. Bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir və “Azərsu” ASC olaraq bəyan edirik ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımdası daxil olmaqla Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur”. sayt xəbər verir ki, bu barədə Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri anar Cəbrayıllı rəsmi açıqlama verib. Qeyd edək ki, dünyanın məşhur nəşrlərindən olan “The Daily Mail” Azərbaycanda istifadə edilən suyun təhlükəli olması barədə irihəcmli məqalə yazıb.Rəsmi açıqlamada isə bu arqument tamamilə təkzib olunur:“Son illər yaradılan yeni su mənbələrindən, tikilən sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları) verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Yeri gəlmişkən, ötən ilin oktyabrında istismara verilən Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi Abu Dabu şəhərində keçirilən Qlobal Su Sammitində 2015-ci ilin dünya su sənayesinin 4 önəmli layihəsindən biri seçilib.Son dövrlər Azərbaycanın 43 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icrası həyata keçirilib ki, artıq onların 23-də su təchizatı sistemlərinin yenidən qurulması başa çatıb, 10 şəhərə yeni mənbələrdən suyun verilməsinə başlanılıb. Bununla da həmin şəhərlərdə əhalinin keyfiyyətli içməli su ilə təminatına nail olunub. İçməli suyun mənbələrdən istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə onun keyfiyyət göstəriciləri daim nəzarətdə saxlanılır. Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən içməli suyun keyfiyyət göstəricilərinə dövlət nəzarəti həyata keçirilir. Bu gün paytaxt Bakı da daxil olmaqla əksər şəhərlərdə insanlar krantdan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta ondan içirlər”.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler