Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azersu” ASC-nin bu layihesinden 14 min sakin yararlanacaq – FOTO

05 Ağustos 2016

1:52 pm


05/08/2016 [17:43]: xeber –
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilmişdir.“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərininin yenidən qurulması” layihəsi 2030-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11,7 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində Qobustan rayonunun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcəkdir. Ümumilikdə layihədən 14 minədək sakin faydalanacaqdır.İnşasına 2015-ci ilin may ayının 10-da başlanan layihə çərçivəsində 6 ədəd subartezian quyusu qazılmış, ümumi uzunluğu 1055 metr olan quyulararası xəttin 550 metrlik, 7,2 km magistral xəttin isə 6,9 km hissəsində işlər başa çatmışdır, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 4 su anbarında isə tikinti işləri davam etirilir.Şəhər üzrə layihələndirilmiş 61,4 km içməli su şəbəkənin 37 km-lik hissəsində işlər başa çatdırılmış, 850 yaxın evə birləşmə verilmişdir. Eyni zamanda 59,2 km kanalizasiya şəbəkəsinin 46,8 km-lik hissəsində işlər yekunlaşmış, şəbəkə üzərində 1060 ədəd kanalizasiya baxış quyusu inşa edilmiş, 1653 ünvana birləşmə verilmişdir.Qobustan şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2500 kubmetr olan tullantı sutəmizləyici qurğuda həyata keçiriləcəkdir.Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qusar şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq gedir, Qusarda su və kanalizasiya sistemlərinin tikintisi üzrə işlər yekunlaşmaq ərəfəsindədir, Xaçmaz və Xızıda isə içməli su və kanalizasiya sistemlərinin inşası işləri davam etdirilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler