Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerişıq”dan Daşkesendeki veziyyetle bağlı açıqlama – YENİLƏNİB

17 Ekim 2016

7:28 pm


17/10/2016 [23:25]: xeber –
Hava şəraitinin bütün ölkə boyu kəskin pisləşməsinə, iki gündür ara vermyən güclü yağışa və dağlıq rayonlarda yağan qara baxmayaraq əhalinin elektriklə təchizatında ciddi problem yaranmayıb. sayt xəbər verir ki, bunu virtualaz.org saytına “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.T.Mustafayev Daşkəsəndə qar yağması nəticəsində elektrik təchizatının kəsildiyi haqda xəbərlərin doğru olmadığını bildirib. “Güclü küləyin ağacı yüksək gərginlikli elektrik xəttinin üstünə aşırması nəticəsində Xoşbulaq kəndinin elektrik enerjisi ilə təchizatı  kəsilib. Lakin “Azərişıqs” ASC-nin qəza xidməti qırılmış xətti tezliklə bərpa edib, hazırda Daşkəsənin bütün yaşayış məntəqələrində elektrik enerjisi ilə təchizat normal qaydada təmin edilirs” – o əlavə edib.***Daşkəsən rayonunda yağan ilin ilk qarı şəhərin bir hissəsini işıqsız qoyub.sayt -ın Report-a istinadən məlumata görə, Azərbaycanın dağlıq rayonlardan biri olan Daşkəsənə günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib. Hələlik avtomobil yollarında hərəkət dayanmasa da, ancaq güclü qarın nəqliyyat vasitələrinin hərəkətində problem yaradacağı istisna olunmur. Hazırda şəhərin bir hissəsində elektirik enerjisinin verilişində fasilə yaranıb. Buna səbəb şəhəri elektrik enerjisi ilə təmin edən transformatorlardan birinin sıradan çıxmasıdır. Hazırda baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.Qeyd edək ki, hazırda Daşkəsəndə kəskin hava şəraiti davam edir və temperatur -4 dərəcədir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler