Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azeriqazdan yeni tariflerle bagli – Aciqlama

02 Aralık 2016

5:12 am


[r32]
– xeber –
2016-cı il dekabr ayının son 3 iş günü ərzində əhali sektoru üzrə sayğacların göstəricilərinin tam oxunması və bildirişlərin paylanması təmin ediləcək.
Bu sözləri Axar.az-a açıqlamasında SOCAR-ın Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev deyib. İ.Kərbalayev bildirib ki, bütün işlər proqram təminatında aparılacağı üçün heç bir problem yaranmayacaq:
“2016-cı ilin dekabr ayının son 3 iş günü ərzində əhali sektoru üzrə sayğacların göstəricilərinin tam oxunması və bildirişlərin paylanması təmin ediləcək. Bu işlərin göstərilən müddət ərzində yekunlaşmasının mümkünlüyü ilə bağlı yaranan suallara gəlincə, bildiyiniz kimi, artıq bir neçə ildir əl terminallarından istifadə olunur, sayğacların oxunması və dərhal yerində bildirişin verilməsi həyata keçirilir. Bir nəzarətçi gün ərzində 500-dən artıq işi yerinə yetirir. Yetərincə işçi qüvvəmiz var, ona görə də heç bir problem olmayacaq. Bütün işlər proqram təminatında aparılır. Söhbət mexaniki sayğaclardan gedir. Çünki smart sayğaclar elektrondur. Dekabrın sonuncu iş günündə isə bildirişlərin paylanılması həyata keçiriləcək. Artıq yanvarın 1-i 2017-ci ildən proqram təminatında bütün işlər yekunlaşacaq və yeni tariflər tətbiq olunacaq. Məlumat üçün deyim ki, əgər vətəndaş istəsə, indi gedib hansı ayda və nə qədər pul ödəməsi, istifadə etdiyi qazın həcmi ilə bağlı çıxarış ala bilər”.
Qeyd edək ki, təbii qazın əhali istehlakçı qrupu üzrə yeni tarifləri 2017-ci il yanvarın 1-dən tətbiq olunacaq. Buna görə də abonentlərin sayğac göstəriciləri dekabrın 31-də qeyd olunmalıdır ki, o müddətə qədər olan sərfiyyat köhnə tariflə hesablansın.
Abonentlər isə bir gün müddətində Azərbaycandakı bütün sayğacların son göstəricilərinin götürülməsi üçün Azəriqaz QSC-nin yetərli imkanı ola bilməyəcəyindən narahatlıqlarını bildiriblər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler