Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

"Azeriqaz" 12 min istehlakciya xidmet gosterib

01 Aralık 2016

4:36 pm

– xeber –
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən noyabr ayı ərzində ASAN xidmət mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, noyabr ayı ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 12544 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.
Qurumdan bildirirlər ki, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler