Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

«Azerikimya» İstehsalat Birliyinde ADNSU-nun rektoru ile ile görüş keçirildi

14 Temmuz 2016

2:24 pm


14/07/2016 [18:22]: xeber –
İyulun 14-də SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin konfrans zalında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlı ilə görüş keçirilmişdir.“Azərikimya” İB-nın aparıcı mütəxəssislərinin də iştirak etdiyi görüşü giriş sözü ilə açan «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qonaqları səmimi salamlamış və növbəti dəfə təşrif buyurduqlarına görə ADNSU-nun rəhbərliyinə minnətdarlığını bildirmişdir. M.Babayev «Azərikimya» İB-də həyata keçirilən yenidənqurma və modernizasiya işləri, perspektiv layihələr haqqında məlumat vermiş, kadr hazırlığı məsələləri, respublikamızın aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr və bu qarşılıqlı faydalı əməkdaşlığın ali təhsil ocaqlarına, kimya sənayesinə, ümumilikdə isə respublikamıza verəcəyi töhfələrdən geniş söhbət açmışdır.Görüşdə neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulması, tələbələrin “Azərikimya” İB-nin müəssisələridə yay istehsalat təcrübəsi keçmələri üçün yaradılmış əlverişli şərait və son beş ildə bunun artıq ənənə halını alması ön plana çəkilmişdir.Qeyd edək ki, hazırda «Azərikimya» İstehsalat Birliyinin istehsalatlarında 100-dən artıq tələbə yay istehsalat təcrübəsi keçir ki, bunlardan da 65-i ADNSU-nun tələbələridir. Bu tələbələr iki iş həftəsi ərzində Birliyin Etilen-polietilen zavodunun Buxar-generator kompleksi, Susoyutma qurğusu, Azot-oksigen kompleksi, Etilen və Polietilen istehsalatında kimya sənayesi və seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə təcrübi biliklərini artıracaq, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirəcəklər.ADNSU-da həyata keçirilən islahatlar haqqında geniş məlumat verən rektor Mustafa Babanlı səmimi qəbula və tələbələrə göstərilən diqqət və qayğıya görə «Azərikimya»nın rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.Görüşdən sonra ADNSU-nun nümayəndələrinin “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna ekskursiyası təşkil olunmuşdur. Zavodun istehsalat sahələri ilə yaxından tanış olan qonaqlar, həmçinin istehsalat təcrübəsində olan tələbələrlə görüşmüş, onların ilkin təəssüratlarını dinləmiş və geniş fikir mübadiləsi aparmışlar.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler