Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerikimya” İB-nin teşkil etdiyi ifrar süfreleri yüzlerle insanı bir araya getirir

28 Haziran 2016

3:16 pm


28/06/2016 [19:15]: xeber –
On bir ayın sultanı adlandırılan Ramazan ayında oruc tutmaqla yanaşı, kasıb və imkansız şəxslərə yardım etmək Uca Allah tərəfindən bəyənilən əməllərdən olmaqla, müsəlmanlara vacib buyrulmuşdur. Bu baxımdan “Azərikimya”nın şəhid ailələri, əlillər, müharibə veteranları, öz yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələri və xüsusi imtiyazlı şəxslər üçün təşkil etdiyi iftar süfrələri həm xeyirxahlıq missiyası, həm də savab əməl kimi böyük əhəmiyyət kəsb edir. Bu günə kimi “Azərikimya” İB-nin maddi dəstəyi ilə şəhərimizdəki bir sıra mikrorayon və məhəllələrdə aztəminatlı ailələr üçün bir neçə belə iftar süfrələri təşkil olunmuş, bu ifrar süfrələri yüzlərlə insanı bir araya gətirirmişdir.Bu xeyirxah missiyanın yerinə yetirilməsində – iftar süfrələrinin təşkilində Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin könüllülərinin böyük zəhməti olmuşdur.İftarda iştirak edən insanlar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmiş, bu bərabərlik və paylaşma ayında onlarla bir yerdə olduqlarından məmnunluq hissi kecirdiklərini dilə gətirmişlər.Qeyd edək ki, hər birində yüzlərlə insanın iştirak etdiyi iftar süfrələri “Azərikimya” İB tərəfindən Ramazan ayının sonuna qədər davam etdiriləcəkdir.Fürsətdən istifadə edərək, şəhərimizdəki digər idarə və müəssisələri, iş adamlarını, imkanlı şəxsləri bu müqəddəs aksiyaya, xeyirxah əmələ qoşulmağa dəvət edirik.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler