Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerikimya” İB-nin emekdaşları spartakiadadan elidolu qayıdıblar

19 Eylül 2016

8:28 am


19/09/2016 [12:24]: xeber –
“Neftçi İdman Klubu” İctimai Birliyi ilin əlamətdar günlərində ənənəvi olaraq neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan belə tədbirlərdən biri də 20 sentyabr – neftçilərin peşə bayramına həsr olunmuş spartakiadadır. Bu günlərdə neft, qaz və kimya sənayesi işçilərinin növbəti – XXIV Spartakiadasına yekun vurulmuşdur. Spartakiadada “Azərikimya” İB-nin komandası da daxil olmaqla SOCAR-ın 29 müəssisəsi iştirak edirdi. Bu mötəbər yarışda iştirakçılar 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə mübarizə aparmışlar.“Azərikimya” İB-nin komandasının üzvləri yarışlar boyu əzmkarlıq və iradə nümayiş etdirərək, fəallıqları ilə seçilmiş və müxtəlif növlər üzrə mühüm nailiyyətlər əldə etmişlər. Kimyaçılar komandasının üzvlərindən idmanın bir sıra növləri üzrə İlqar Həsənov, Vüqar Abdullayev, Aydın Qurbanov birinci, Ramil Ağayev, Zəminə Dadaşova, Aydın Xəlilov (ailə komandası), həmçinin stolüstü tennis və voleybol (qadınlar) üzrə ikinci, Vaqif Tapdıqov, İlqar Qurbanov, həmçinin stritbol (qadınlar), darts (qadınlar), Güllə atıcılığı (kişilər) üzrə üçüncü yerlərə layiq görülmüşlər.Ümumi komanda hesabında SOCAR-ın 29 müəssisəsi arasında kimyaçılar 4-cü pillədə qərarlaşmışlar. Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler