Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azercell” qiymetleri qaldıracaq?

05 Kasım 2016

7:04 am


05/11/2016 [11:03]: xeber –
Ölkənin ən böyük mobil operatoru olan “Azercell” şirkəti tarifləri artıra biləcəyini elan edib.sayt xəbər verir ki, bu barədə “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev fins.az-ın sualına cavab verərkən bildirib. Onun sözlərinə görə, iqtisadi vəziyyət, manatın devalvasiyası və digər amillər şirkətin gəlirlərinə təsir edib və 2015-ci illə müqayisədə bu il “Azercell” şirkətinin gəlirləri azalıb: “Azercell”in bütün müasir avadanlıqları xaricdən idxal etdiyini nəzərə alsaq, bu amillər bizə daha çox təsir edib. Biz çalışırıq ki, müştərilərimiz bunu hiss etməsin. Xidmətlərimizi yüksək səviyyədə saxlamağa çalışırıq”.Şirkət rəhbəri “Azercell”in bu il tarifləri artırmaq planları ilə bağlı suala cavab verərkən bildirib ki, şirkət tarifləri artırmamağa çalışacaq. Amma bu baş versə də, qiymət artımı ciddi olmayacaq:“Tarifləri artırmamağa çalışacağıq. Əgər hər hansı bir artım olarsa, çalışacağıq tam əsaslandırılmış, bazara və bizim müştərilərimizin bugünkü durumuna uyğun olsun. Biz müştərilərimizi düşünərək fantastik qiymət artımı planlaşdırmırıq”.V.Mürsəliyev əlavə edib ki, şirkət işçilərini ixtisar etməyəcək:“Çünki, mən indiki iqtisadi durumda işçiləri ixtisar etməyi doğru saymıram. Biz xərclərimizə ciddi nəzarət etsək, heç buna ehtiyac da qalmayacaq. Ümumiyyətlə, biznesin əsas şərti xərclərə doğru nəzarət etməkdir. İstənilən şirkət xərclərinə düzgün nəzarət edərsə, işçi ixtisarına da gərək olmaz”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler