Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azercell 3 en yaxşı şirketden biridir” – Prezident

12 Kasım 2016

9:12 am


12/11/2016 [13:11]: xeber –
Bu gün Bakıda “İnsan Resursları Forumu- 2016” adlı beynəlxalq forum işinə başlayıb. Toplantı insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr olunub. Beynəlxalq miqyaslı tədbirdə telekommunikasiya sahəsini təmsil edən yeganə şirkət Azercell Telekom MMC olub. Forumun 10 əsas spikerindən biri qismində Azercell-in prezidenti Vahid Mürsəliyev çıxış edib.Azercell prezidenti bildirib ki, yarandığı ilk dövrlərdən etibarən Azercell-də İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir beynəlxalq təcrübəyə uyğundur.V.Mürsəliyev qeyd edib ki, bazarda stabil və möhkəm mövqeyə malik olan Azercell qlobal şirkətin bir hissəsi kimi beynəlxalq standartlara uyğun fəaliyyət göstərir: “Bu, Azercell əməkdaşları üçün şirkətdaxili və beynəlxalq karyera imkanları, peşəkar inkişaf üçün əlverişli şərait, təcrübə mübadilələri imkanları yaradır. Məsələn, Azercell-də yetişmiş mütəxəssislər indi Stokholmda, TS Avrasiya ofisinin yerləşdiyi İstanbulda, Özbəkistanda, Gürcüstanda expat olaraq fəaliyyət göstərirlər. Digər tərəfdən, Azercell-ə ölkəmizin ən yaxşı kadrları cəlb edilir. Hazırda şirkətin elə əməkdaşları var ki, onlar öz sahəsində dünya üzrə 6-7 mütəxəssisdən biri sayılırlar”.Şirkət prezidenti onu da bildirib ki, bir neçə ay öncə keçirilən İşəgötürən brendi araşdırmasının nəticəsində Azercell bazarda mövcud şirkətlər arasında 3 ən yaxşı işəgötürəndən biri hesab olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler