Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanlıya Rusiyada vezife verildi

24 Eylül 2016

7:56 pm


24/09/2016 [23:54]: xeber –
Rusiya Futbol İttifaqı (RFS) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.Seçki qurumun növbədənkənar konfransı çərçivəsində gerçəkləşib.21 üzv arasında Rusiya Mini-Futbol Assosiasiyasının əslən azərbaycanlı prezidenti Emil Əliyev də var. 38 yaşlı funksioner idarəedici orqana ilk dəfə seçilib.E.Əliyev 1978-ci ildə Bakıda anadan olub. O, 2011-ci ildə Rusiya Federasiya Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasını başa vurub və elə həmin ilin 3 avqustunda Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti seçilib.Qeyd edək ki, İcraiyyə Komitəsinə sədri RFS-ə yenidən prezident seçilən Vitali Mutko olacaq. Nikita Simonyan I vitse-prezident, Sergey Pryadkin və Anatoli Turçak vitse-prezident, Aleksandr Mirzoyan V.Mutkonun müşaviri vəzifəsində çalışacaq. Əvvəllər RFS İcraiyyə Komitəsinin tərkibinə 33 nəfər daxil idi.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler