Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanlıların İran parlamentinde yaratdığı fraksiya ne ved edir?

03 Kasım 2016

6:00 am


03/11/2016 [09:57]: xeber –
Məlum olduğu kimi oktyabrın 30-da İran Parlamentində (İslam Şurası Məclisi) azərbaycanlı deputatlardan ibarət “Türk” fraksiyası rəsmən fəaliyyətə başlayıb.Artıq neçə aydır bu haqda müzakirələr gedirdi. Nəhayət, parlamentdə ölkədəki türklərin təmsilçilərindən 100-ə yaxın deputatın iştirakı ilə fraksiya yaradılıb. Şərqi Azərbaycandan millət vəkili Məsud Pezeşkian fraksiyanın sədri, Urmiyənin parlamentdəki təmsilçisi Nadir Qazipur və Ərdəbilin deputatı Rza Kərimi sədr müavinləri seçiliblər.Fraksiyanın fəaliyyətinin sonucunu gözləmədən, parlamentdə təmsil olunanların hansı filtrlərdən keçməsini belə nəzərə alaraq “Türk faktoru”nun daim məhdudiyyətlərə düçar olduğu İran gerçəyində ilkin dəyərləndirmə budur ki, bütünlükdə bu hadisə irəliyə doğru atılmış bir addımdır. Bəs, ümumən, İran parlamentində azərbaycanlı millət vəkillərindən  ibarət “Türk” fraksiyasının yaradılması nə dərəcədə ciddi məsələdir və nələrə gətirib çıxara bilər? Rejimin süzgəcindən keçirilərək seçkilərə buraxılan və millət vəkili seçilən şəxslər İran daxilində milli kimlik üzərinə siyasət apara bilərlərmi?Güney Azərbaycan insan hüquqları müdafiəçisi, hazırda Türkiyədə yaşayan Elçin Hatəmi sayta açıqlamasında bildirib ki, İran parlamentində türk bölgələrinin millət vəkillərinin Türk fraksiyası yaratmasının nə dərəcədə ciddi olması əsas məsələ deyil: “Türk millət vəkilləri tərəfindən bu prosesin başlaması böyük çox önəmə malikdir. Bu hadisə Azərbaycan türklərinin öz milli kimliklərini yenidən dirçəltməsinin və canlandırmasının açıq şəkildə bir görsənişidir. Hakimiyyətin təsdiqlədiyi millət vəkilləri tərəfindən bu məsələnin irəli sürülməsi milli oyanışın, milli bilincin yüksək səviyyədə olmasını, hətta, hakimiyyətin üst səviyyəli dairələrinə keçib və onları öz təsiri altına alması cəhdi çox ümüdvericidir. Bu məsələnin iki yönü vardır. Birincisi, əgər bu fraksiya güclənərsə və millətimizin istəklərini səsləndirirərsə,  bu bizim xeyrimizədir. Bir çoxları bu məsələni hakimiyyətin üst dirələrində səslənməsində və mediada yayılmasının xalqın maariflənməsi və öz hüquqlarını bilməsi üçün çox yararlı görürlər”.E.Hatəmi hesab edir ki, əgər İran hakimiyyəti əgər Türk fraksiyasının fəaliyyətinə maneçilik törətsə və onun fəaliyyətini müxtəlif yollarla əngəlləsə, bu rejimin ifşası üçün daha bir sübut olacaq: “Biz yenə də bundan faydalanıb fars şovinizminin iç üzünü və türk millətinə qarşı düşmən münasibətini beynəlxalq ictimaiyyətə çatdıracağıq. İnsanlığa və başqalarının milli mədəniyyətinə neçə düşmən kəsilməsini dünyaya bəyan edəcəyik. Hər halda, bu məsələdə zərər verəcək bir kimsə varsa, o da fars rasistləri və şovinistlədiridr ki, hakimiyyətin bir çox dairələri onların əlindədir”. Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler