Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanlı şagirdler beynelxalq festivalda – FOTO

10 Ağustos 2016

5:52 pm


10/08/2016 [21:51]: xeber –
Brüsseldə keçirilən “Musica Mundi” beynəlxalq kamera musiqi festivalına dəvət alan Bakı Mədəniyyət və Turizm Baş İdarəsinin Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifası seçim turunda minlərlə səsyazmaların içindən seçilib.Oxu.Az xəbər verir ki, iyulun 17-dən 31-dək qədər davam edən festivalda 30 ölkədən 68 ifaçı iştrak edib. Festival çərçivəsində tələb olunan əsərləri şagirdlər qısa zaman ərzində mənimsəməli, konsertdə ifa etməli və ən əsası qala-konsertə vəsiqə qazanmalı idilər.Bakı məktəbini təmsil edən şagirdlərin hamısı bu çətin məsuliyyətli işin öhdəsindən  gələrək Azərbaycan ifaçılıq məktəbini layiqli şəkildə təmsil ediblər.Festivalda çıxış edən violonçel ifaçısı Orxan Hüseynov, skripkaçı Zərrin Əliyeva, fortepiano ifaçısı Nərgiz Əliyeva və alt ixtisası üzrə Elnarə Tağızadə seçim turundan keçərək konsertlərdə çıxış edib və qala-konsertdə iştirak üçün vəsiqə qazanıblar. Azərbaycanı təmsil edən hər dörd şagird vətənə fəxri fərmanlarla qayıdıblar.Qeyd edək ki, dünyanın bir çox ölkələrindən festivala dəvət almış İvri Qitlis, Maksim Venqerov, Menahem Pressler, Leonid Kerbel kimi peşəkar müəllimlər burada ustad dərsləri keçərək  uşaqlara böyük ifaçılıq nümunələri də nümayiş ediblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler