Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanlı ressama qraf titulu verildi…

04 Ağustos 2016

12:04 pm


04/08/2016 [16:00]: xeber –
Vatikan Zadəgan Heraldika Akademiyası məşhur azərbaycanlı rəssam Sakit Məmmədova incəsənət sahəsində böyük uğurlarının tanınması əlaməti olaraq qraf titulunun verilməsi barədə qərar qəbul edib. sayt Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Təbiət Elmləri Akademiyası isə rəssamı Konrad Adenauer yubiley medalı və diplomu, alman rəssamı Albrext Dürer medalı və diplomu ilə təltif edib. Mükafatlar rəssama doğum günü münasibətilə təqdim edilib. Qeyd edək ki, sabah Sakit Məmmədovun 58 yaşı tamam olur.Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam Sakit Məmmədov opalizm üslubunun əsasını qoyub. Rəssamın əsərləri məşhur adamların şəxsi kolleksiyalarında, Vatikan muzeyində, “Opera” qalereyasında, Bakıda Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Onun işləri dünyanın bir çox nüfuzlu qalereyalarında nümayiş etdirilir. Sakit Məmmədov ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib.Prezident İlham Əliyev məhz onun əsərini – Roma Papası II İohann Pavelin portretini Azərbaycanın adından Vatikana hədiyyə edib. Bu il Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi qeyd olunarkən Sakit Məmmədov “Cıdır düzü” əsərini Vindzor qəsrində kraliçaya təqdim edib.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler