Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanlı oliqarxlar ve zengin erebler bu teyyarede gezir: Yataq otağı, hamamı, konfrans zalı…

04 Ekim 2016

6:36 am


04/10/2016 [10:32]: xeber –
Azərbaycanın biznes reyslər üzrə operatoru SW Business Aviation (Silk Way Business Aviation) və AZAL dövlət konserni Airbus Corporate Jet ACJ319 (bor nişanı 4K-8888) təyyarəsinin birgə istismarına başlayır.Bu haqda “Business Aviation News” nəşrinə SW Business Aviation şirkətindən məlumat veriblər. Təyyarə AZAL-ın balansındadır, SW Business Aviation isə reyslərin satışını və hendlinqi həyata keçirir.Təyyarənin salonu üç zonaya bölünüb: birinci sərnişinin salonu, konfrans-zal və müşaiyət edən şəxslər üçün biznes-klass. Təyyarə 55 sərnişin götürə bilir. Göyərtədə nəhəng çarpayı ilə təchiz olunmuş yataq otağı, duş kabinəsi ilə təchiz edilmiş ayrıca hamam otağı var. Sərnişinlər Wi-Fi internetdən, mobil və peyk rabitədən, digər əyləncələrdən istifadə edə bilərlər.”SW Business Aviation” bildirir ki, təyyarənin salonu yüksək rütbəli nümayənd heyətlərinin və idman komandalarının daşınması üçün əlverişlidir. “Bizim ACJ319 kommersiya bazarına çıxan kimi müştərilər arasında populyarlaşdı. Biz sentyabrda 8 reys həyata keçirmişik, tələblərin sayı getdikcə artır. Təyyarənin salonunda klassik versiyada olduğu kimi 19 deyil, daha çox sərnişin yeri olması imkan verir ki, birinci şəxsləri müşaiyət edən mühafizəçilər tamamilə avtonom şəkildə, işçi zonaya daxil olmadan göyərtədə yerləşdirilsin”-şirkət bildirir.Təyyarə istismara veriləndən sonrakı ilk bir ayda-sentyabr ayında məlum olub ki, sifarişlərin 30 faizi yerli fiziki şəxslərdən və şirkətlərdən daxil olub. 70 faiz sifarişlər isə xaricdən, əsasən Yaxın Şərq ölkələrindən və beynəlxalq idman komandalarındandır. Təyyarə ilk reysini bu ilin iyun ayında edib.Şirkət təyyarədə uçmağın konkret qiymətini açıqlamayıb, ancaq bildirir ki, müştərilər qiymətin biznes-aviasiyanın flaqmanı olan Gulfstream G650-də uçmaqdan daha ucuz olduğunu öyrənəndə xoş mənada təəcüblənirlər. SW Business Aviation şirkətinin müştəriləri arasında birinci yerdə ərəblər, ikinci yerdə azərbaycanlılar, üçüncü yerdə ruslar gəlir.“Azərbaycan ilin əvvəlində ciddi iqtisadi problemlərlə üzləşsə də indi deyə bilərik ki, “bazar qayıdıb”. Bir sıra mühüm hadisələr, məsələn, Bakıda keçirilən Formula-1 yarışları trafikə çox kömək edib. Biz hazıda ənənəvi qış mövsümü tələblərinin artmasını gözləyirik. Gələn il Bakıda keçiriləcək İslam Oyunları və Formula-1 yarışları da müştərilərimizi artıracaq”-şirkət bildirir.(Virtualaz.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler