Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanlı eks-arvadını ve qayınanasını öldürdü – Qayınatasını yaraladı

20 Haziran 2016

5:32 pm


20/06/2016 [21:29]: xeber –
Rusiyanın Tolyatti şəhərində yaşayan azərbaycanlı keçmiş arvadını və qayınanasını qətlə yetirib.İyunun 16-da qeydə alınan hadisə şəhərin mərkəzində Avtozavodsk şossesi ərazisində baş verib.Tolyatti şəhərində yaşayan 36 yaşlı azərbaycanlı Nuran İlman oğlu Musayev 22 yaşlı keçmiş həyat yoldaşı və onun 51 yaşlı anasını qətlə yetirib. Nuran Musayev həmçinin keçmiş qayınatasını bıçaqla ölümcül yaralayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hazırda bəlli deyil. Musayev hadisəni törətdikdən sonra qaçaraq gizlənə bilib.Bu gün şəhər merliyində keçirilən iclas zamanı Tolyatti polisinin rəis müavini Yevgeni Lbov Nuran Musayevin tutulması istiqamətində əməliyyat tədbirlərinin davam etdiyini bildirib.Nuran Musayevin aralarında münaqişə olan keçmiş arvadına Tolyattidə mənzili aldığı və həmçinin qadının Nuran Musayevin onu təhdid etdiyi barədə polisə dəfələrlə şikayət etdiyi bildirilir. Bu münaqişələr hər dəfə “tərəflərin barışığı” ilə qurtarıb. Hazırda Nuran Musayev barədə axtarış elan edilib.(ANS)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler