Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanlı avtoritet Zayka ile Lotu Quli arasında qalmaqal böyüyür

23 Haziran 2016

9:20 am


23/06/2016 [13:20]: xeber –
Rusiyada azərbaycanlı avtoritet Zayka ilə Lotu Quli arasında qalmaqal böyüyürsayt Rusiya KİV-lərinə istinadən məlumat verir ki, Rusiya İstintaq Komitəsi azərbaycanlı avtoritet Zaur Əliyevlə bağlı aparılan istintaqın başa çatdığını bildirib.Zaur Əliyev kriminal aləmdə Zayka ləqəbi ilə tanınır. Zaur Əliyevin həbsi “vorzakon” Nadir Səlifovla (Lotu Quli) arasında yaşanan münaqişə ilə bir başa əlaqəlidir. Zaur Əliyev həbsxanada Qulinin adamları tərəfindən döyülüb. Onlar bu anları Skype vasitəsi ilə Lotu Quliyə canlı izlədiblər. Zaur hamilə həyat yoldaşını qorumaq üçün üzr istəmək məcburiyyətində qalıb.Zayka hazırda təhlükəsizlk məqsədi ilə təcridxananın xüsusi bölməsində gizlədilir.Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, Zaykaya qarşı “qəsb”, “insan oğurluğu”, “soyğun”, “qanunsuz silah saxlama”, “quldurluq” maddələri ilə ittihamlar irəli sürülüb. O, 3 biznesmeni qaçırmaqda və onların ailələrindən şantajla pul almaqda ittiham olunur. Zaykanın qohumları bütün bunların Lotu Quli tərəfindən təşkil edildiyini iddia edirlər. Zayka özü ittihamları rədd edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler