Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanlı alime FETÖ-cü “oyunu”nu kim hazırladı?

08 Ağustos 2016

4:04 pm


08/08/2016 [20:00]: xeber –
sayt xəbər verir ki, 15 İyul çevriliş cəhdindən sonra başlayan FETÖ/PDY təhqiqatlarından biri də Girəsun Universitetində aparılır. Ancaq hazırkı rektor, professor Cevdət Coşqun, özündən əvvəl rektor vəzifəsini icra edən, Atatürkçü, milliyətçi, FETÖ və digər qeyri-qanuni qruplaşmalarla mübarizədə qəti mövqeyi ilə tanınan professor Aygün Attarı da hədəf seçib.Professor Attar haqqında aparılan təhqiqat, qərəzli, kinli, hüquqsuz, saxta və əsassız iddialara söykənən böhtan xarakteri daşıyır. Təhqiqatın kim və ya kimlər tərəfindən hansı əsasla aparıldığı məlum olmasa da, eynilə Ergenekon, Balyoz ittihamnamələrindəki kimi “gizli şahidlərin” vasitəsilə saxta cinayət ünsürü yaradıldığı güman edilir.Cevdət Coşqunun təhqiqat komissiyasına, Attarın rektorluq vəzifəsini icra etdiyi müddətdə universitetdə barəsində mənfi rəy olduğu üçün dərs saatı verilməyən bir şəxsin rəhbər təyin edilməsi isə şübhələri artırır.Cevdət Coşqun, xəbər agentliklərinə məlumat xarakterli, təhqiqatın mahiyyətini əks etdirməyən qısa bir açıqlama verərək Girəsun Universitetində, keçmiş rektor, professor Aygün Attarın da daxil olduğu 21 əməkdaşın işdən uzaqlaşdırıldığını və təhqiqatın davam etdiyini söyləməklə kifayətləndi. Həmin açıqlamada Aygün Attarın konkret nə ilə təqsirləndirildiyi qeyd edilmir.Coşqunun, özü və komandasının fəthullahçılarla əlaqələrinə dair keçmişdə kəşfiyyat məlumatlarının olduğu, bu xəbərlərin yayımlandığı və son olaraq da istefa edən dekanların FETÖ-cü olmaqla təqsirləndirildiyi bir vaxtda professor Attar barəsində təhqiqat aparılması qəribə təsir bağışlayır.Keçmiş hadisələrə nəzər salsaq, Baş nazirin müşaviri Nurettin Caniklinin bu təhqiqata istiqamət verdiyi ehtimal edilir. Digər tərəfdən Aygün Attarın universitetə gələrək izahat yazdıqdan sonra açıqlama verməsi gözlənilir.Qeyd edək ki, Aygün Attar əvvəllər FETÖ-nün adamları tərəfindən Ergenekonçu olmaqla təqsirləndirilirdi. Rektor təyinatının gecikdirilməsinin də bununla əlaqədar olduğu hesab edilirdi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler