Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanın xeberdarlığı ermeni naziri teşvişe saldı -Kasprşike minnetçi düşdü

02 Kasım 2016

6:40 am


02/11/2016 [10:37]: xeber –
Ermənistanın müdafiə naziri Viqen Sarkisyan noyabrın 1-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, görüş İrəvanda, Ermənistan Müdafiə Nazirliyinin binasında baş tutub. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, görüş çərçivəsində V.Sarkisyan Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və cəbhəboyu ərazilərdəki vəziyyət barədə danışıb. Erməni nazir həyasızcasına son zamanlar təmas xəttində artan gərginliyə görə Azərbaycanı günahlandırıb. O, iddia edib ki, son bir neçə həftə ərzində Azərbaycan davamlı şəkildə cəbhədə gərginliyi artırır, ən müxtəlif silahlardan qarşı tərəfi atəşə tutur. Azərbaycan ordusundan Kasprşikə şikayət edən V.Sarkisyan “məzlumcasına” Ermənistanın atəşkəs razılaşmasına “sadiq” qaldığını söyləyib. Səfir A.Kasprşik isə erməni naziri Azərbaycan ərazilərində qanunsuz olaraq yerləşdirilən işğalçı erməni ordu hissələri barədə sorğu-sual etmək əvəzinə,  ənənəvi mövqeyini sərgiləyib və şablon fikirlər söyləyib. O, bildirib ki, ATƏT sədrinin şəxsi nümayəndəsi təmas xəttində artan gərginliyin azaldılması istiqamətində ardıcıl iş aparır və yaxın zamanlarda bu səylərin faydasının olacağına inanır. Ermənistan yenə də ənənəvi mövqeyinə sadiq qalaraq baş verənlərə görə Azərbaycanı suçlu çıxartmağa çalışır. Şübhəsiz ki, erməni nazirin ATƏT təmsilçisi ilə görüşü də məkrli niyyətlərdən doğur. Belə ki, son zamanlar düşmən bütün təmas xətti boyunca açıq-aşkar şəkildə azğınlıq nümayiş etdirməkdədir. Azərbaycan Müdafiə Nazirliyi oktyabr ayı boyunca bir neçə dəfə düşmənin təxribat-diversiya hərəkətləri ilə bağlı qəti xəbərdarlığını edib və baş verə biləcək dəhşətli hadisələrə görə Ermənistanın məsuliyyət daşıyacağını bəyan edib. Erməni ordu hissələri əsasən keçmiş Ağdərə rayonunun Talış kəndi istiqamətindən Azərbaycanın mövqelərinə həmlələr edib, ancaq hər dəfə burnu əzilmiş halda geri oturdulub. 3 oktyabrda Ermənistanın müdafiə naziri təyin edilən V.Sarkisyan qısa müddət ərzində apreldə itirilmiş yüksəklikləri azad edəcəyi barədə erməni əhalisinə vədlər verdiyi halda, arzusu nəinki ürəyində qalıb, hətta son toqquşmalarda yeni itkilər verib. Şübhəsiz ki, Sarkisyan sələfi Seyran Ohanyanı yola salan erməni əsgər analarının bu dəfə onu hədəfə alacağından ehtiyatlanaraq özünü sığortalamağa çalışır və günahkar qismində Azərbaycanı təqdim edir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində düşmənin hərəkət edən istənilən obyektinin məhv edilməsi barədə qəti əmr verib və bu günlərdə növbəti dəfə ön cəbhədəki hərbçilərimizlə görüşərək müvafiq tədbirlərlə bağlı onları təlimatlandırıb. Son günlər ən müxtəlif səviyyələrdə səslənən ehtimal budur ki, aprel döyüşləri hər an, özü də olduqca dəhşətli formada təkrarlana bilər. Bu isə Ermənistan üçün fəlakətli perspektiv vəd edir. Çünki apreldəki müharibədən fərqli olaraq, budəfəki döyüş Xankəndinin azadlığına, yaxud da Naxçıvandan İrəvanın yer üzündən silinməsinə qədər davam edə bilər. Görünən budur ki, erməni nazir məşhur misalda deyildiyi kimi, öz davranışları ilə həm qorxutmağa çalışır, həm də möhkəm qorxur. Əks təqdirdə Kasprşikə şikayətlənməz, ona Azərbaycana təsir göstərməsi üçün minnətçi düşməzdi. Görək, Kasprşik Bakıdakı görüşündə nə deyəcək…(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler