Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanın teatr direktoru Beynelxalq Festivalda münsif teyin edilib

16 Eylül 2016

12:20 pm


16/09/2016 [16:19]: xeber –
   Yuğ Teatrının direktoru Tərlan Rəsulov hazırda Şotlandiyanın Qlazqo şəhərində işgüzar səfərdədir. Teatrdan sayt-a verilən məlumata görə,  T. Rəsulov 15-25 sentyabr tarixlərində Qlazqoda keçirilən “Tramvay” Festivalına mütəxəssis kimi dəvət alıb. Tramvay festivalının beynəlxalq proqramına çox sayda tamaşalar, təsviri incəsənət nümunələri daxildir. Festival çərçivəsində həmçinin çoxlu görüşlər və müzakirələr keçiriləcək. Festivalın əsas proqramını fiziki qüsuru olan aktyorların iştirakı ilə hazırlanan tamaşalar təşkil edir. Yuğ Teatrının direktoru səfər çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı bir sıra görüşlər də keçirəcək. Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler