Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanın Silahlı Qüvveler tarixindeki İLKLƏRİ

26 Haziran 2016

10:00 am


26/06/2016 [13:57]: xeber –
sayt 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan hərb tarixində ilkə imza atan hərbi xadimləri təqdim edəcək:İlk admiral – ilk azərbaycanlı admiral İbrahim bəy Aslanbəyovdur. 1887-ci ilin sentyabrın 22-də Hərbi Dəniz Donanmasındakı misilsiz xidmətlərinə görə, ona vitse-admiral rütbəsi verilir. Bu ali rütbədən sonra Baltik Donanması üzrə flaqman vəzifəsinə təyin olunur. Ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və xarici ölkələrin yüksək ordenləri ilə təltif olunub. 1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak edən admiral Aslanbəyova hədiyyə olaraq qılınc verilir və birillik məvacibi həcmində pul mükafatı ayrılır.Aslanbəyovla bağlı məlumatların bəzilərində deyilir:- Oxot dənizindəki Saxalin adasının Aslanbəyov yarımadası 1882-ci ildə kəşf edilib və Sakit Okean komandanı, eskadrilya kontr-admiralı İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun soyadı ila adlandırılıb. – Aslanbəyov körfəzi. Oxot dənizindəki Saxalin adasında 1882-ci ildə kəşf edilib və elə həmin vaxtda da Aslanbəyov soyadı ilə adlandırılıb.İlk ordu generalı – Hərb sahəsində ilk azərbaycanlı general qarabağlı Süleyman bəy Əfəndiyev olub. O, Azərbaycan Milli Ordusunun yaranmasında fəal iştirak edən üç şəxsdən biri idi. Digər ikisini isə qeyd etməyə xüsusi ehtiyac yoxdur. Bunlar generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskidir.Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O, həm də хalq maariflənməsində görkəmli ictimai хadim kimi fəal iştirak edib. Tez-tez Qoriyə gələn, azərbaycanlılardan köməyini əsirgəməyib. Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dostlaşmışdı, Tiflisdə azərbaycanlı ların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaхından iştirak edib. 1912-ci il dekabrın 6-da polkovnik rütbəsi alan Süleyman bəy Əfəndiyevin imperiya ordusundakı хidmətləri sonralar üçüncü dərəcəli “MüqəddəsAnna”, ikinci dərəcəli “Müqəddəs Stanislav”, “Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordenlərinə layiq görülüb.Azərbaycan Ordusunda ilk qeyi-azərbaycanlı general – Bu şəxs general Məmməd bəy Sulkeviçdir. Milliyətcə Litva tatarıdır. O, AXC ordusunda Baş Qərargah rəisi olub. İlk üsyankar general – Bu, Şıxlinskilər nəslinin nümayəndələrindən olan general Cavad bəy Şıxlinskidir. 1920-ci ilin mayında Cavad bəy istilaçı XI Qızıl Orduya və sovet hakimiyyətinə qarşı Gəncədə qalxan üsyana başçılıq edib. O, XI Qızıl Ordunun komandanlığına tabe olmaq haqqında əmrləri yerinə yetirməkdən boyun qaçırıb və Gəncə üsyanını davam etdirib. Üsyan yatırıldıqdan sonra Cavad bəy Tiflisdən keçməklə İrana mühacirət edib, 193-ci ildə İranda Ərdəbil qarnizonunun komandanı olub.İlk hərbi topoqraf – İbrahim ağa Vəkilov nəinki Azərbaycanda, eləcə də bütün Qafqazda hərbi topoqrafiya sahəsində general-mayor rütbəsi alan yeganə şəxsdir. Qazaxdan olan bir hərbçinin hazırladığı topoqrafik xəritələr I Dünya Müharibəsində rusların işinə çox yarayıb. Qırx ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbrahim ağa Vəkilovun xidmətləri Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın “Şire-Xorşid” ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib.İlk hərbi nazir- Bu, general Xosrov bəy Sultanovdur. Çoxları AXC-in ilk hərbi nazirinin Mehmandarov olduğunu düşünür. Amma birinci hökumətin tərkibində hərbi nazir bu gün o qədər də tanımadığımız Xosrov bəy Sultanovdur. 1919-cu ildə Qarabağa general-qubernator kimi göndərilən Sultanov ömrünün sonunda bir gözünü də itirib.Çar və sovet ordusunun komandanı olan ilk azərbaycanlı – Bu təbii ki, nəinki çar, sovet, eləcə də hər bir quruluşa lazım olan böyük hərbçi Əliağa Şıxlinskidir. Çar orsudunda ilk dəfə olaraq artilleriya generalı olan azərbaycanlıya ordu komandanlığı vəzifəsi həvalə olunub. Sonradan Cumhuriyət dönəmində hərbi nazirin müavini kimi çalışıb. Təəssüflər ki, AXC çox yaşamadı. Bir çox maarifçi ziyalıları, eləcə də ictimai xadimləri qətlə yetirən bolşeviklər Şıxlinskiyə toxunmadı. Təcrübəli general sovet ordusunda da çalışdı.Elmin NURİ




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler