Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanın Rusiyadakı sefirliyinde referendumla elaqedar seçki menteqesi yaradılıb

21 Eylül 2016

1:24 pm


21/09/2016 [17:20]: xeber –
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bu ilin 26 sentyabr tarixinə təyin edilmiş ümumxalq səsverməsi ilə əlaqədar səfirlikdə seçki məntəqəsinin yaradılması barədə əmr imzalayıb. Səfirlikdən APA-nın Moskva müxbirin verilən məlumata görə, əmrə əsasən səfirlikdə təsis edilmiş 17 saylı Yasamal III Seçki Dairəsinin 48 saylı seçki məntəqəsinin işinin yüksək səviyyədə təşkili üçün fəaliyyət planı təsdiq olunub. Məntəqədə bütün lazımi texniki avadanlıqlar, müvafiq kabinələr quraşdırılıb. Seçicilərin sərbəst şəkildə səs vermələri üçün zəruri olan hər cür şərait təmin edilib. Bundan əlavə, səsvermə prosesinin mətbuatda işıqlandırılması məqsədilə Rusiyadakı Azərbaycan KİV nümayəndələri tədbirə akkreditə olunublar. Rusiyada müvəqqəti və daimi əsasda yaşayan, səfirliyin konsulluq qeydiyyatına götürülmüş Azərbaycan vətəndaşları referendumla bağlı məlumatlandırılıblar. Eyni zamanda, Rusiyada xidməti ezamiyyətdə olan Azərbaycan vətəndaşları da öz seçki hüquqlarından istifadə edə biləcəklər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler