Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycanın PKK-ya qarşı herbi emeliyyat aparması mümkün deyil”

24 Haziran 2016

1:36 pm


24/06/2016 [17:34]: xeber –
Məlum olduğu kimi, Niderlandda
PKK-çılar Azərbaycan və Türkiyə diaspor təşkilatına silahlı hücum edib. Hücum nəticəsində
bir neçə təşkilat üzvü başından güllələnib.

PKK-nın bu əməliyyatı Azərbaycanın
da Türkiyə ilə birlikdə bu terror təşkilatına qarşı birgə hərbi əməliyyat
aparması üçün zəmin ola bilərmi?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə Azərbaycanın PKK-ya
qarşı hərbi əməliyyat aparmasının mümkün olmadığını, fəqət bununla yanaşı ölkəmizin
Türkiyənin apardığı anti-terror əməliyyatlarını dəstəklədiyini vurğuladı:

“Azərbaycan yalnız öz sərhədləri
daxilində hərbi əməliyyatlar apara bilər. PKK Azərbaycan ərazisində fəaliyyət
göstərmir. Ona görə də biz bu cür əməliyyatlar apara bilmirik. Lakin biz Türkiyənin
onun ərazi bütövlüyü üçün təhlükə yaradan terrorçulara qarşı mübarizəsini daim
dəstəkləyirik. Niderlandda baş verən olaya gəlincə, şübhə etmirəm ki, bu hadisəni
sözügedən dövlətin hüquq-mühafizə orqanları diqqətlə araşdıracaq və ciddi tədbirlər
görəcəkdir”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler