Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanın maddi-menevi servetlerinin tanıdılması ile bağlı tedbirler keçirilecek

14 Eylül 2016

2:48 pm


14/09/2016 [18:45]: xeber –
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi həyata keçirdiyi “Azərbaycanın maddi-mənəvi sərvətlərinin tanıdılması və qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində ilkin mərhələni başa vurub. Bununla bağlı məlumatı İctimai Birliyin sədri Mütəllim Rəhimov verib. O deyib ki, indiyədək hazırlıq işlərini yerinə yetirən İctimai Birlik bundan sonra ictimai müzakirələrə start verəcək. “Ümumiyyətlə, layihədə əsas məqsəd maddi-mədəni sərvətlərimizin xarici ölkələrə daşınmasının qarşısını almaq və xarici ölkələrin muzeylərində olan sərvətlərimizlə bağlı maarifləndirmə işləri aparmaqla, ölkəmizə və xalqımıza qarşı aparılan şər, böhtan, qarayaxma kampaniyalarına faktlarla cavab verə biləcək məlumatlı vətəndaşlar yetişdirməkdir” – M.Rəhimov deyib. Onun sözlərinə görə, bunun üçün ən müxtəlif tədbirlərin icra edilməsi nəzərdə tutulub. Onu da qeyd edək ki, layihənin icrasına əsasən gənclər və orta yaşlı şəxslərin cəlb edilməsi nəzərdə tutulub. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler