Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanın ilk medalı, qarşısı alınmayan boksçular -Rio olimpiadasının 4-cü günü

09 Ağustos 2016

7:52 am


09/08/2016 [11:51]: xeber –
Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının beşinci günü start götürüb.sayt xəbər verir ki, dünən-yarışların dördüncü günü Azərbaycan yığması üçün düşərli olub.  Belə ki, cüdoçumuz Rüstəm Orucovun sayəsində ölkəmiz Rioda ilk olimpiya medalını qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov yalnız finalda yapon idmançıya məğlub olaraq gümüş medal qazanıb. Bu Azərbaycan cüdosunun  ilk olimpiada gümüşüdür. Rüstəm Orucovun bu uğuru sayəsində Azərbaycan medal sıralamasında 27-ci pilləyə yüksəlib. 91 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Abdulqadir Abdullayev 1/8 final mərhələsində möhtəşəm qələbə qazanıb. Boksçu fransalı rəqibinə texniki nokautla qalib gəlib. O, indi növbəti mərhələdə öz rəqibini gözləyir. Qılıncoynatma yarışlarının sablya növü üzrə mübarizəyə qoşulan təmsilçimiz Səbinə Mikina elə ilk görüşündəcə məğlub olub. Xanım idmançı millinin medal ümidlərindən sayılırdı.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler