Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanın en gözel 7 şelalesi – SİYAHI

10 Ekim 2016

5:36 am


10/10/2016 [09:34]: xeber –
Unikal coğrafi əraziyə malik Azərbaycanın dağlıq bölgələrində bir-birinin təkrarı olmayan şəlalələr mövcuddur. Böyük Qafqazın ən əzəmətli dağlarından biri – Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Azərbaycanda çoxlu şəlalə olsa da, onlardan daha çox tanınanlarını seçdik.sayt Seyyah.az-a istinadla Azərbaycanın ən gözəl 7 şəlaləsini təqdim edir:1. Laza, QusarŞəlalə Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir.2. Afurca, QubaŞəlalə Quba rayonu ərazisində, Vəlvələçay üzərində yerləşir. Bu şəlalə Azərbaycanın təbiət abidələrinin siyahısına daxil edilib və dövlət tərəfindən mühafizə olunur.3. Muçuq, QəbələŞəlalə Qəbələnin Laza kəndi yaxınlığında yerləşir və Dəmiraparan çayına tökülür. Şəlalənin hündürlüyü 96 metrdir. Muçuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür.4. Yeddi gözəl, QəbələYeddi gözəl şəlaləsi Qəbələnin Vəndam qəsəbəsindədir. Qəsəbəyə çatdıqdan sonra Yeddi gözəl şəlaləsinə 4 kilometr yol getmək lazım gəlir. Payızın sonu, qışda və yazın əvvəlləri şəlalənin ətrafı buzla örtülü olduğundan şəlaləyə qalxmaq olmur.5. Təkdam, YardımlıMasallı-Yardımlı yolunun 25-ci km-də yerləşir. Yardımlının vizit kartı sayılan, 34 metr hündürlükdən tökülən şəlalə iki mərtəbəlidir. Ən üstünə qədər çıxmaq üçün hündür pilləkənlər qoyulub. SSRİ vaxtı bu dağlıq-meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı “tək dam” deyə çağırıblar.6. İlisu, QaxŞəlalə rayonun hündür ərazisində yerləşir və ona çatmaq üçün azı yarım saatlıq yolu piyada qət etmək lazım gəlir. Hündürlüyə qalxmağı bacarmayanlar üçün nəqliyyat vasitələri fəaliyyət göstərir. Şəlalənin hündürlüyü təxminən 25 metrdir.7. Katexçay, BalakənŞəlalə Katexçayın yuxarı axarlarında yerləşir. Şəlalənin yerləşdiyi məkan Zaqatala Qoruğunun ərazisinə düşür. Hündürlüyü 18-20 metrdir. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə 500 metrlik çətin yolu keçməklə getmək olar. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Yəni dolanbaclı və uçurumlu cığırlarla aşağı enmək çox çətindir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler