Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanın dostu olan qubernator yeniden parlaq qelebe qazandı…

19 Eylül 2016

8:12 pm


20/09/2016 [00:11]: xeber –
sayt xəbər verir ki, ÜmumRusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk Regional nümayəndəliyinin rəhbəri, Rusiyada tanınmış diaspor lideri İslam Hüseynov sentyabrın 18-də vilayətdə keçirilmiş qubernator seçkilərində parlaq qələbə qazanan Sergey Morozovu təbrik edib.Qeyd edək ki, S. Morozov Azərbaycana isti münasibəti ilə seçilən qubernatorlardan hesab olunur və onun rəhbərlik etdiyi vilayətdə azərbaycanlılara münasibət xeyli mülayimliyi ilə Rusiyanın digər regionlarından fərqlənir:”Hörmətli Sergey İvan oğlu. Sizi Qubernator seçkilərində əldə etdiyiniz qələbə münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Biz Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin  aktivistləri tam əmin idik ki, regionumuzda Sizdən başqa  heç kim qalib gələ bilməzdi, Sizdən başqa heç bir namizəd bu regionu indiki kimi inkişaf etdirə bilməzdi. Biz buna tam əmin idik. Dostlarımıza və yaxınlarımıza da bu barədə məlumat verirdik. Ulyanovsk azərbaycanlılarının böyük əksəriyyəti bu seçkilərdə Sizə və Sizin regional lideri olduğunuz Vahid Rusiya Partiyasına səs veriblər. Sizin gərgin əməyiniz sayəsində Ulyanovsk torpağında xalqlar və millətlər arasında sülh, əmin-amanlıq höküm sürməkdədir. Bizim üçün sizə kömək etmək,  komandanızın bir hissəsi olmaq böyük fəxirdir.Ulyanovskın regionunu daha da inkişaf etdirmək, daha böyük uğurlar qazanmaq üçün Sizə güc və enerji azrulayırıq.Siz artıq 11 ildir ki, bu regiona çox uğurlu formada rəhbərlik edirsiz. Artıq Sizin rəhbərliyiniz altında Ulyanovsk regionu yeni inkişaf mərhələsinə qədəm qoyur.Böyük hörmətlə: Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nömayəndəliyi və konqresin rəhbəri İslam Hüseynov


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler